Qırğızıstan prezidenti Almazbǝk Atambayev ABŞ-na sǝfǝrdǝn imtina edib

İstanbul Atatürk havaimanında təyyarəyə minmədən öncə özünü pis hiss edǝn Atambayevin müalicǝsi Türkiyǝdǝ davam edǝcǝk

573645
Qırğızıstan prezidenti Almazbǝk Atambayev ABŞ-na sǝfǝrdǝn imtina edib

Qırğızıstan prezidenti Almazbek Atambayev, Nyu- Yorkda Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası toplantısına qatılmaq üçün İstanbul Atatürk havaimanında təyyarəyə minmədən öncə özünü pis hiss edib. Sinəsindəki ağrılardan şikayətlənən Qırğız prezidentinə ilk tibbi yardım göstərən həkimlər onun hərtərəfli müayinədən keçməsini tövsiyə ediblər.

Gecə radǝlǝrindǝ təyyarə ilə İzmirǝ gedǝn prezident Atambayev, Çeşmǝ qǝsǝbǝsindǝ bir otelə yerlǝşib. O hazırda Çeşmǝdǝ istirahǝt edir.

Hǝkim nǝzarǝtindǝ istirahǝt edǝn Almazbek Atambayev üçün qaldığı otelin qarşısında təcili yardım gözlədilir.



Әlaqәli Xәbәrlәr