Özbəkistan prezidenti İslam Kərimov vəfat edib

Özbəkistanın prezidenti İslam Kərimov 78 yaşında vəfat edib.

563892
Özbəkistan prezidenti İslam Kərimov vəfat edib

Özbəkistanın prezidenti İslam Kərimov 78 yaşında vəfat edib.

27 ildir ölkədə hakimiyyətdə olan Kərimov beyninə qan sızmasına görə xəstəxanada müalicə olunurdu.

Özbəkistan hökuməti Kərimovun vəziyyəti ilə əlaqəli tək açıqlamasını keçən bazar günü yayaraq, dövlət başçısının xəstəxanaya yerləşdirilməsindən başqa məlumat verməmişdi.

Kərimovun insult olduğunu kiçik qızı Lola Kərimova sosial şəbəkə vasitəsi ilə bildirmişdi.

78 yaşındakı İslam Kərimov Özbəkistanın müstəqilliyini qazandığı 1991-ci ildən bəridir hakimiyyətdədir.

Fətullahçı Terror Təşkilatı da (FETÖ) bölgədə ilk Türk məktəblərini Özbəkistanda açmış, Kərimov bunun qısa müddətdə yayılmasından narahat olub məktəbləri qadağan etmişdi.



Әlaqәli Xәbәrlәr