Ruhani və Əliyev Azərbaycan-İran münasibətlərini jurnalistlər qarşısında açıqladılar

İran prezidenti Həsən Ruhani Rusiya və Azərbaycanlı həmkarlarıyla Üçlü Zirvə Toplantısında bir araya gəlmək Azərbaycanın paytaxtı Bakıdadır və ilk olaraq ölkə prezidenti İlham Əliyevlə görüşüb

546933
Ruhani və Əliyev Azərbaycan-İran münasibətlərini jurnalistlər qarşısında açıqladılar

  İkitərəfli və heyətlərarası görüşlərdən sonra birgə mətbuat konfransı təşkil edilib.

  İlham Əliyev Azərbaycan və İran arasında möhkəm təməllər üzərinə qurulmuş əlaqələrin gün-gündən artdığını diqqətə çatdırıb, iki ölkənin beynəlxalq təşkilatlarla da sıx əməkdaşlıq etdiyini bildirib. Əliyev deyib: "Biz hər zaman İrana qarşı tətbiq olunan sanksiyaların əleyhinə olduq və bunu açıqca söylədik. Sanksiyaların qalxmasından çox məmnunuq. İran da Azərbaycanın ərazi bütövlüyü, Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın haqlı mövqeyini dəstəkləyir."

  Azərbaycanla İran arasında iqtisadi əlaqələrə də toxunan İlham Əliyev bu il iki ölkə arasında ticarət həcminin 66 faiz artdığını nəzərə çatdırıb.

  Turizm sahəsində də irəliləyişlər olduğunu bildirən Azərbaycan prezidenti İran vətəndaşlarına sadələşdirilmiş viza rejimi tətbiq edildiyini söyləyib.

  Mətbuat konfransında İran prezidenti Həsən Ruhani də öz növbəsində ortaq tarix və mədəniyyətə malik Azərbaycan və İran arasında əlaqələrin sürətli inkişafına toxunub. Dağlıq Qarabağ problemi barədə həyata keçirilən müzakirələrlə bağlı isə İran lideri bunları söyləyib: "Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirik. İran Dağlıq Qarabağ probleminin sülh yolu ilə həllini tapması üçün əlimizdən gələni etməyə hazırıq."



Әlaqәli Xәbәrlәr