"Türkiyəyə etimadımız tamdır", R.Abdullayev

Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev Türkiyəyə etimadlarının tam olduğunu, bu ölkədəki bütün sərmayə qoyuluşu və layihələrin sürətlə davam etdiriləcəyini bildirilib.

534162
"Türkiyəyə etimadımız tamdır", R.Abdullayev

Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev Türkiyəyə etimadlarının tam olduğunu, bu ölkədəki bütün sərmayə qoyuluşu və layihələrin sürətlə davam etdiriləcəyini bildirilib.

 Fətullahçı Terror Təşkilatının (FETÖ) çevriliş cəhdini və SOCAR-ın Türkiyədəki fəaliyyətini “Anadolu” agentliyinə şərh edən SOCAR prezidenti deyib ki, Türkiyədə baş verən çevrilişə cəhddən dərin kədər duyduq. Türkiyə hökumətinə, xalqın iradəsinə, iqtisadiyyatına və sabitliyinə inamımız hər zaman olduğu kimi tamdır. Prezident İlham Əliyevin həmkarı Rəcəb Tayyib Әrdoğana “Azərbaycan xalqı Türk xalqının yanındadır. Bu hər zaman belə olub və başqa cür də ola bilməz” deyə ifadə etdi.

Türkiyəyə inamın tam olduğunu, bu ölkədəki bütün sərmayə qoyuluşu və layihələrin sürətlə davam etdiriləcəyini deyən R.Abdullayev bildirib: “Türkiyədə ümumi dəyəri 18 milyard dolları ötən və Avropanın enerjiyə olan tələbatının ödənilməsinə istiqamətlənən layihələrimiz tam gücü və sürətlə davam edəcək. “Star” neft emal zavodu 2018-ci ildə fəaliyyətə başlayacaq. Əge dənizi bölgəsinin ən böyük konteyner limanı yaxın zamanlarda istifadəyə veriləcək. “Petkim”dəki fəaliyyətimiz isə Türkiyəyə və iqtisadiyyatına olan etibarımızın simvoludur. SOCAR Türkiyədə birbaşa və dolayı olaraq, 40 min nəfərlik ailəni təmsil edir. Türkiyə bizim evimizdir. Bu günə qədər olduğu kimi, bundan sonra da Türkiyədəki investisiyalarımız artmaqda davam edəcək”.

Yaxın tarixdə Azərbaycanda da çevrilişə cəhdlərin olduğunu, lakin mərhum Prezident Heydər Əliyev və xalqın birliyi sayəsində bu cəhdlərin qarşısının alındığını xatırladan Abdullahyev, dövlətlə xalqın birliyinin Azərbaycanın sonrakı illərində əldə etdiyi uğurlarının təməlini təşkil etdiyini vurğulayıb.

Abdullayev Türkiyənin dövlət başçısı Ərdoğan, hökumət və millətinin birlik və bərabərlik içində daha böyük uğurlar qazanacağına əminliyini də dilə gətirib.



Әlaqәli Xәbәrlәr