"Almaniya Bundestaqının qəbul etdiyi qətnaməni ciddi qəbul etmirik", İ.Әliyev

Azərbaycan Prezidenti İlham Əliyev Baş nazir Binəli Yıldırımla Bakıda keçirdiyi birgə mətbuat konfransında bildirib ki, belə bir qətnamə qəbul edənlər çox ciddi tarixi səhvə yol veriblər.

503572
"Almaniya Bundestaqının qəbul etdiyi qətnaməni ciddi qəbul etmirik", İ.Әliyev

Azərbaycan Prezidenti İlham Əliyev Baş nazir Binali Yıldırımla Bakıda keçirdiyi birgə mətbuat konfransında bildirib ki, belə bir qətnamə qəbul edənlər çox ciddi tarixi səhvə yol veriblər: "Azərbaycan həmişə olduğu kimi bu məsələdə də Türkiyənin yanındadır. Biz ancaq Türkiyə ilə birlikdə güclüyük. Biz gücümüzü birləşdirir, böyük layihələr həyata keçiririk. Bu gün bu layihələri yenidən dəyərləndirdik".

Dövlət başçısı bildirib ki, Azərbaycan-Türkiyə ilə birliyini gücləndirəcək: "Biz gələcəkdə birliyimizi gücləndirəcəyik. Bütün böhranlara, krizlərə baxmayaraq, iqtisadiyyatı inkişaf edir, Türkiyə güclənir. Türkiyənin gücü bizim gücümüzdür. Biz bütün sizin uğurlarınıza öz uğurlarımız kimi sevinirik. Bugünkü səfər və görüşlər, müzakirələr əminəm ki, gələcək illər üçün də gözəl şərait yaradacaq."



Әlaqәli Xәbәrlәr