Buxarada İpək və Ədviyyat Festivalı başladı

Özbəkistanın tarixi şəhəri Buxarada keçmişdə Şərq ilə Qərbi böyük İpək Yolu ilə birləşdirən İpək və Ədviyyat 15-ci Beynəlxalq Mədəniyyət Festivalı keçirilir.

498359
Buxarada İpək və Ədviyyat Festivalı başladı

 Festivalda açılış nitqi ilə çıxış edən Buxara Şəhərinin Bələdiyyə Sədri Valican Örinov dünyanın müxtəlif ölkələrindən çox sayda dəvətlinin iştirak etdiyi festival vasitəsilə Buxarada yenidən turizmi inkişaf etdirməyi düşündüklərini bildirdi.
 
 Mindən artıq tarixi memarlıq abidəsi olan Buxaranın UNESKO-nun Dünya İrsi Siyahısına daxil edildiyini xatırladan Örinov şəhərin yaxın gələcəkdə turistlərin ən çox diqqətini çəkən yerlər arasında olmasını təmin edəcəklərini qeyd etdi.
 
 Buxaranın tarixi bölgəsində keçirilən festivalda ölkədə istehsal olunan müxtəlif ipək parçaları və ədviyyat növləri sərgilənir.
 
 Mayın 28-dək davam edəcək festival çərçivəsində ənənəvi özbək plovu aşpazlarının müsabiqəsi, ənənəvi özbək geyimləri defilesi, əl işləri nümunələrinin sərgiləri və müxtəlif xalq tamaşaları təşkil olunacaq.
 
 Festival ölkənin məşhur ifaçılarının iştirak edəcəyi konsertlə başa çatacaq.



Әlaqәli Xәbәrlәr