Dağlıq Qarabağ ilә bağlı danışıqların yeni mәrhәlәsi iyunda başlayacaq

İyun ayında Azərbaycan ilә Ermənistan arasında Dağlıq Qarabağ probleminә birdәfәlik hәlli ilә әlaqәdar müzakirəlәrin yeni mәrhәlәsinә başlayır.

492343
Dağlıq Qarabağ ilә bağlı danışıqların yeni mәrhәlәsi iyunda başlayacaq

Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serj Sarkisyan Avstriyanın paytaxtı Vyanada  Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı Minsk  Qrupunun  həmsədrləri ilə Dağlıq Qarabağ  ilә bağlı  keçirilәn  iclasda  bir araya gəlib.

 Vyanada baş tutan  iclasda Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serj Sarkisyan  Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı Minsk Qrupu  ATӘT-in həmsədrləri Rusiya Xarici İşlər Naziri Sergey Lavrov Amerika Birləşmiş Ştatları  Dövlət Katibi Con Kerri və Fransanın Avropa İşləri üzrә  naziri Harlem Desir ilə bir araya gəlib.

 İlham Әliyev vә Serj Sarkisyan  iyun ayında Dağlıq Qarabağ probleminin   birdәfәlik  hәll olunması ilә  әlaqәdar  müzakirəlәrin yeni mәrhәlәsinә başlaması mәsәlәrindә razılığa gәliblәr.

Azәrbaycan vә Ermәnistan prezidentlәri  münaqişәlәrin  artma riskini azaltmaq üçün ATӘT-in monitorinq mexanizminin  әn qısa zamanda  başa çatdırılması  mәsәlәsindә dә razılaşıblar.

Görüşlərdə ATƏT-in  Dönәm sәdrinin  xüsusi nümayəndəliyinin  böyüdülmәsi  Beynəlxalq Qızıl Xaç Komitəsinin himayəsi altında  itkin düşmüş  insanlar haqqındakı məlumat mübadiləsinin davam etdirilməsi barәdә  qərar qәbul olunub.

Qeyd edәk ki,  1988-1994 illəri arasında baş verən Dağlıq Qarabağ Müharibəsi  Ermәnistanın   Azərbaycan torpaqlarının  20 %-ni  işğal etmәsi  ilə nəticələnib.

Müharibәdәn sonra  Ermənistandan 200 min, Dağlıq Qarabağdan isә  1 milyon Azərbaycanlı  yurdundan-yuvasından  qovulub.

Dağlıq Qarabağda atəşkəsin elan edildiyi 1994-ci ilin 5 may tarixindәn  etibarәn  yaranan problemlərə ATƏT nəzdindəki Minsk Qrupu daxilində hәll yolları   axtarılır.

 Xatırladak ki, Azərbaycan və Ermənistan qüvvələri arasında atəşkəs  keçən ay yenidən başlayan münaqişələrlə pozulmuşdu.



Әlaqәli Xәbәrlәr