Azərbaycan-Ermənistan cəbhə xəttində gǝrginlik davam edir

Ermənistan ordusu Azərbaycanın Tərtər rayonunun Qazyan kəndini atǝşǝ tutub.

490434
Azərbaycan-Ermənistan cəbhə xəttində gǝrginlik davam edir

 Azərbaycan Müdafiə Nazirliyindən verilǝn  açıqlamada  yerli vaxt ilǝ saat 18:20 radələrindən etibarən Ermənistan silahlı bölmələri tərəfindən Tǝrtǝr rayonunun Qəzyan kəndinin ərazisi 120 millimetrlik minaatanlardan atəşə tutulduğu bildirilib.

Azərbaycan ordusunun cavab atəşi açdığı və Ermənistan ordusuna aid hərbi hədəflərə zərbə endirildiyi qeyd edilən açıqlamada cəbhə xəttində bundan sonra baş verəcək hər hansı bir hadisəyə görə məsuliyyəti Ermənistanın hərbi-siyasi rəhbərliyinin daşıyacağı vurğulanır.



Әlaqәli Xәbәrlәr