“Heydər Əliyevin xatirəsinə: Azərbaycan-Türkiyə münasibətləri"  mövzusunda  tǝdbir  keçirilib

Azərbaycanın Türkiyədəki fövqəladə səfiri Faiq Bağırov "Heydər Əliyevin xatirəsinə: Azərbaycan-Türkiyə münasibətləri" mövzusunda Türkiyənin Kastamonu şəhərində  təşkil olunan tədbirə qatılıb.

489382
“Heydər Əliyevin xatirəsinə: Azərbaycan-Türkiyə münasibətləri"  mövzusunda  tǝdbir  keçirilib

Məlumata görə, Faiq Bağırov Kastamonu Universiteti rektoru Səyit Aydın və şəhər valisi Şəhmus Günaydın ilə ayrı-ayrılıqda görüşlər keçirib. Səfir Faiq Bağırov  görüşlǝr  zamanı Heydǝr Əliyevǝ  həsr olunmuş tədbirin keçirilməsinin təqdirə layiq olduğunu və bunun Azərbaycan-Türkiyə arasındakı qardaşlıq münasibətlərinǝ nümunǝt   tǝşkil  etdiyini vurğulayıb.

Kastamonu Universiteti və Azǝrbaycan Səfirliyinin təşkilatçılığı ilə Heydər Əliyevin xatirəsinə həsr olunmuş Tədbirdə səfirliyin əməkdaşları, Kastamonu Universitetinin tələbə və müəllim kollektivi, yerli əhali və KİV nümayəndələri iştirak edib.  Tǝdbirdǝ   çıxış  edǝn  Kastamonu Universitetinin rektoru Səyit Aydın, şəhər valisi Şəhmus Günaydın, universitetin professoru Şərifə Uzun, Səfirliyin təhsil müşaviri Nəcibə Nəsibova və səfir Faiq Bağırov, Heydər Əliyevin Azərbaycanda dövlət quruculuğu, Azǝrbaycanın dünyada layiqli yer tutması və digər sahələrdəki misilsiz xidmətləri haqqında danışıblar.

Tədbir çərçivəsində təşkil edilən inşa müsabiqəsinin qaliblərinə mükafatları və mötəbər tədbirə əməyi keçən şəxslərə plaketlər təqdim olunub. Tədbir Ulu Öndərə həsr edilən şeirlərin səslənməsi ilə yekunlaşıb.

 



Әlaqәli Xәbәrlәr