Azərbaycan-Ermənistan cəbhə xəttində gərginlik davam edir

Ermənistanın Silahlı Qüvvələri Azərbaycandakı yaşayış məntəqələrinə top və raketlərdən atəş açdılar.

478365
Azərbaycan-Ermənistan cəbhə xəttində gərginlik davam edir

 
 Azərbaycan Müdafiə Nazirliyi Tərtər şəhəri və Qapanlı kəndinin səhərə yaxın Ermənistan ordusu tərəfindən top və raket atəşinə tutulduğunu bildiridi.
 
Məlumatda Ermənistan ordusunun 82 və 120 millimetrlik minaatanlardan, həmçinin 122 millimetrlik D-30 haubitsalarından və  DM-21 yayılım atəşli reaktiv sistemlərdən  istifadə etdiyi bildirilir.
 
 Azərbaycan ordusunun cavab atəşi açdığı və Ermənistan ordusuna aid hərbi hədəflərə zərbə endirildiyi qeyd edilən açıqlamada cəbhə xəttində bundan sonra baş verəcək hər hansı bir hadisəyə görə məsuliyyəti Ermənistanın hərbi-siyasi rəhbərliyinin daşıyacağı vurğulanır.



Әlaqәli Xәbәrlәr