Baş nazirin müavini Yıldırım Toğrul Türkeş Bakıda sǝfǝrdǝdir

Türkeş Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansının VII Qlobal Forumuna qatılmaq mǝqsǝdilǝ Azǝrbaycana sǝfǝr edib.

477737
Baş nazirin müavini Yıldırım Toğrul Türkeş Bakıda sǝfǝrdǝdir

Türkeş Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansının VII Qlobal Forumuna qatılmaq mǝqsǝdilǝ Azǝrbaycana sǝfǝr edib.

TRT-nin Bakı tǝmsilçiliyinin mǝlumatına ǝsasǝn, Türkeş paytaxt Bakıda Azǝrbaycan vǝ Türk Şǝhidliyini ziyarǝt edib.

Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansının VII Qlobal Forumu bugün Bakıda öz fǝaliyyǝtlǝrinǝ başlayıb.

Qeyd edǝk ki, Sivilizasiyalar İttifaqı düşüncǝsi ilk dǝfǝ olaraq İspaniyanın keçmiş Baş naziri Luis Rodriguez Zapateronun 2004-cü il oktyabrın 21-dǝ BMT-nin ümumi iclasında etdiyi çıxışı zamanı sǝslǝndirilib. Rodriguez Zapatero vǝ o zaman Türkiyǝdǝ Baş nazir olan Rǝcǝb Tayyib Әrdoğanın başlatdığı, BMT-nin dǝstǝyini götürǝn Mǝdǝniyyǝtlǝr İttifaqı layihǝsi çǝrçivǝsindǝ ilk yığıncağını 2005-ci il noyabrın 27-29-da İspaniyanın Palma de Mallorco şǝhǝrindǝ tǝşkil etmişdi.



Әlaqәli Xәbәrlәr