Çingiz Aytmatovun daha bir əsəri Azərbaycanda nəşr olub

Çingiz Aytmatovun “Üz-üzə” povesti Azərbaycanda nəşr olunub.

474071
Çingiz Aytmatovun daha bir əsəri Azərbaycanda nəşr olub

Dünya şöhrətli qırğız yazıçısı Çingiz Aytmatovun daha bir əsəri Azərbaycanda işıq üzü görüb. Yazıçının Moskvada təhsil aldığı illərdə qələmə aldığı və İkinci Dünya müharibəsi zamanı arxa cəbhənin reallıqlarını əks etdirən “Üz-üzə” povesti Azərbaycan Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutu tərəfindən tərcümə və nəşr olunub.

Qeyd edək ki, “Üz-üzə” povestinə görə yazıçı senzura tərəfindən təzyiqlərə məruz qalıb. Ç.Aytmatov əsərdə, müharibə və qələbə ilə bağlı imperiya təbliğatından fərqli olaraq, müharibədən qaçan insanın obrazını ədəbiyyata gətirib, arxa cəbhədə aclıq, yoxsulluq və ən əsası vicdanı ilə sınağa çəkilən kəndin gerçəkliyindən yazıb.



Әlaqәli Xәbәrlәr