Azərbaycanda terror törətmək istəyirlər

Türkiyədə xüsusi xidmət orqanları tərəfindən aparılan əməliyyat nəticəsində DAEŞ-in 5 terrorçusu ifşa edilib

462667
Azərbaycanda terror törətmək istəyirlər

Terrorçuların şəkilləri kəşfiyyat hesabatları ilə birgə bütün polis məntəqələrinə göndərilib. Siyahıda adı olan və ABŞ pasportuna malik 32 yaşlı Əbu Ayman Məğribinin (Abu Ayman At-Maghribi - kod adı: Darvan el-Haymar) arvadı Xədicə Nəcari (Khadiji Nejarı) və 2 uşağı ilə birgə 2014-cü il yanvarın 17-də ABŞ-dan Türkiyəyə gələrək buradan Mərakeşə getmək istədiyi, lakin ailənin Mərakeşə getmədiyi bildirilir. Arvadı və uşaqları ilə birgə Türkiyədə olduğu ehtimal edilən terrorçu axtarılır. Sultan Ahmetdə canlı bomba hücumu təşkil edən Nabil Fadılın dostu olduğu bildirilən 35 yaşlı Rəşid Ələbdalah Alqaaganın (Rashed Alabdalah Algaaga) Türkiyəyə gələ biləcəyi ehtimal edilir. Buna görə də ölkədə təhlükəsizlik tədbirləri gücləndirilib.

Xüsusi xidmət orqanları Suriya pasportuna malik Algaaganın saxta şəxsiyyət vəsiqəsilə Türkiyəyə keçəcəyini müəyyən edib. 2015-ci ilin iyulunda baş verən atışma nəticəsində öldüyü güman edilən Məhəmməd Ürkmezin qardaşı Furkan Ürkmezin 2016-cı il martın 6-da Qaziantepdən Suriyaya keçdiyinə dair məlumat alan kəşfiyyat orqanları yaşı kiçik olan Ürkmezin terror qruplaşması tərəfindən “canlı bomba" olaraq istifadə ediləcəyindən şübhələnir.

“WhatsApp" vasitəsilə arvadına “şəhidlik sırası bizdədir" deyə mesaj yazan Hasan Hüseyin Uğurun bombalı terror aktı törədəcəyi ehtimal edilir. Rusiya pasportuna malik olan əslən azərbaycanlı İsa Tupolovun isə Suriyanın Rai şəhərində olduğu bildirilir. Onun Türkiyə və Azərbaycanda terror aktı törətmək barədə plan qurduğuna dair məlumatlar əldə olunub.

Mənbə: aznews.az, qaynar.info



Әlaqәli Xәbәrlәr