İki qardaş ölkǝ pilotlarının birgǝ tǝlimlǝri

Türkiyə vǝ Azǝrbaycan Hərbi Hava Qüvvələrinin pilotları birgə əməliyyat keçirib.

455757
İki qardaş ölkǝ pilotlarının birgǝ tǝlimlǝri

Türkiyə vǝ Azǝrbaycan Hərbi Hava Qüvvələrinin pilotları birgə əməliyyat keçirib.

Konya şəhərində keçirilən “TURAZ Şahini–2016” birgə təlimlərin növbəti günündə Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin pilotları birgə əməliyyat keçiriblər.

Әməliyyat zamanı qarşıya qoyulan tapşırıq şərti düşmənin strateji obyektləri və bu obyektləri mühafizə edən təyyarələri məhv etmək olub. Uçuşlardan öncə pilotlarla keçirilǝn brifinqdǝ ǝməliyyat planı, havaşəraiti və digər məsələlər müzakirə edilib. MiQ-29 və F-16 qırıcı, Su-25 bombardmançı təyyarələrin iştirak etdiyi əməliyyat plana uyğun olaraq həyata keçirilib və uğurla başa çatıb.

Qeyd edək ki, iki ölkǝnin pilotları F-16 qırıcı, MiQ-29 qırıcı və Su-25 bombardmançı təyyarələrində əməliyyata qatılıblar. Təlimlər davam edir.



Әlaqәli Xәbәrlәr