"Heydər Əliyevin türk dünyası qarşısındakı böyük xidmətləri heç vaxt unudulmayacaq”

Türk Dünyası Mühəndislər və Memarlar Birliyi 2016-cı ili “Heydər Əliyev ili” elan edib.

455185
"Heydər Əliyevin türk dünyası qarşısındakı böyük xidmətləri heç vaxt unudulmayacaq”

Türk Dünyası Mühəndislər və Memarlar Birliyi 2016-cı ili “Heydər Əliyev ili” elan edib. Bu münasibətlə Ankarada keçirilmiş mərasimdə çıxış edən Ekologiya və Şəhərsalma naziri Fatma Güldemet Sarı ulu öndər Heydər Əliyevin türk dünyası qarşısındakı misilsiz xidmətlərinin, o cümlədən Azərbaycan–Türkiyə qardaşlığının əbədiləşdirilməsi istiqamətində gördüyü işlərin əhəmiyyətini qeyd edərək bildirib ki, Türk Dünyası Mühəndislər və Memarlar Birliyinin 2016-cı ilin “Heydər Əliyev ili” elan olunması barədə qəbul etdiyi qərar yüksək mənəvi mahiyyətə malikdir.

Türkiyə-Azərbaycan münasibətlərinin bütün dünya üçün örnək olduğunu diqqətə çatdıran nazir deyib: “Martın 13-də Ankarada törədilmiş terror aktı səbəbindən Türkiyə Dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın Azərbaycana nəzərdə tutulan səfərinin ləğv edilməsi bütün xalqımızı məyus etmişdi. Belə bir vəziyyətdə Prezident İlham Əliyevin Ankaraya səfər etməsi Türkiyədə böyük sevinclə qarşılandı. Bir daha əmin olduq ki, ulu öndər Heydər Əliyevin ölkələrimiz arasında əlaqələrin möhkəmlənməsi, xalqlarımızın rifahının artması naminə məqsədyönlü xidmətləri Azərbaycan dövlətinin başçısı tərəfindən uğurla davam etdirilir. Ulu öndər Heydər Əliyevin türk dünyası qarşısındakı böyük xidmətləri heç vaxt unudulmayacaq”.

Mənbə:AZƏRTAC



Әlaqәli Xәbәrlәr