Ermǝnistan silahlı qüvvǝlǝrinin bölmǝlǝri atǝşkǝs rejimini 110 dǝfǝ pozub

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 110 dəfə pozub.

438919
Ermǝnistan silahlı qüvvǝlǝrinin bölmǝlǝri atǝşkǝs rejimini 110 dǝfǝ pozub

Azǝrbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, Ermənistanın İcevan rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonu ərazisindəki adsız yüksəkliklərdə, Berd rayonunun Ayqepar, Çinari, Mosesqex kəndlərində yerləşən mövqelərdən Tovuz rayonu ərazisindəki adsız yüksəkliklərdə, Koxanəbi, Ağbulaq, Ağdam, Əlibəyli kəndlərində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelər atəşə tutulub.

Goranboy rayonunun Talış, Tərtər rayonunun Göyarx, Çiləbürt, Çaylı, Yarımca, Ağdam rayonunun Şıxlar, Baş Qərvənd, Cəvahirli, Sarıcalı, Kəngərli, Novruzlu, Şuraabad, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Horadiz, Qaraxanbəyli, Qorqan, Aşağı Seyidəhmədli, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Göygöl, Goranboy, Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Azǝrbaycan Silahlı Qüvvələrinin mövqeləri atəşə tutulub.

Azərbaycan Silahlı Qüvvələri əməliyyat şəraitini nəzərə alaraq düşmənin atəş nöqtələrinə, mövqelərinə və səngərlərinə 111 dəfə atəş zərbəsi endirib.



Әlaqәli Xәbәrlәr