Mövlud Çavuşoğlu Bakıda sǝfǝrdǝdir

Xarici İşlǝr Naziri Çavuşoğlu Bakıya sǝfǝri çǝrçivǝsindǝ Xarici İşlər Naziri Elmar Məmmədyarovla bir araya gǝlib.

434919
Mövlud Çavuşoğlu Bakıda sǝfǝrdǝdir

Xarici İşlər Naziri Mövlud Çavuşoğlu Azərbaycanlı həmkarı ilə görüşdən sonra tǝşkil edilǝn mǝtbuat konfransında “Terrorun hər formasına qarşı həmişəkindən daha çox birlik içərisində olmalıyıq. Terror səbəbi ilə Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının iclası baş tutmadı. Ən qısa müddətdə görüş keçiriləcək. Azərbaycan ilə Türkiyə əlaqələrini daha da irəli aparmaq istiqamətində iradə var. Azərbaycan bu il müstəqilliyinin 25 illiyini qeyd edəcək. Görüşdə bir sıra ortaq layihələri müzakirə etdik. Sabah mümkün olarsa, BTQ dəmiryol xətti layihəsini yaxından izləyəcəyik. Beynəlxalq aləmdə Azərbaycanla Türkiyə birlikdə hərəkət edir. Qarabağ problemi daxil olmaqla, bütün məsələlərdə birlikdə hərəkət edirik. Fevralın 26-da Xocalı faciəsinin ildönümüdür. Bu hadisəni törədənləri lənətləyirəm və faciə qurbanlarına allahdan rəhmət diləyirəm. Azərbaycanla terror baxış bucağımızda heç bir dəyişiklik yoxdur”, deyǝ vurğulayıb.

Azərbaycan Xarici İşlər Naziri Elmar Məmmədyarov isə Ankarada baş verən terror aktı zamanı həyatını itirənlərin ailələrinə səbr dilədiyini bildirib.

Xatırladaq ki, sabah Gürcüstanda Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirlərinin görüşünün keçirilməsi nəzərdə tutulur.



Әlaqәli Xәbәrlәr