13 oktyabr Ankaranın paytaxtı elan olunduğu gündür

Bu əlamətdar tarixə qısaca ekskursiya edək

2050607
13 oktyabr Ankaranın paytaxtı elan olunduğu gündür
Ankara qalası.jpg
Ankara_03.png
Ankara_02.jpg

 

  Qurtuluş Savaşının mərkəzi olan Ankara 1923-cü il oktyabrın 13-də Anadolu düşmən işğalından azad edildikdən sonra gənc Türkiyə Cümhuriyyətinin paytaxtı elan olunub.

  Bu əlamətdar tarixə qısaca ekskursiya edək.

  Birinci Dünya müharibəsinin sonunda Türkiyə işğal edildikdən sonra Qazi Mustafa Kamal Paşa 1919-cu il mayın 19-da Samsuna gələrək Qurtuluş Savaşını başlayır.

  Ankaranın savaşdakı əhəmiyyəti onun Geyve Boğazı, Kütahya və Afyon kimi düşmən işğalı altında olan mövqelərlə dəmir yolu əlaqəsi və kifayət qədər döyüş imkanlarına malik olmasından irəli gəlirdi. Müharibənin uğurunu təmin etmək üçün nizami orduların yaradılması qərarı da məhz Ankarada qəbul edilmişdi. Bu ordular İnönü, Sakarya və Dumlupınarda düşməni məğlub etdi.

  Qurtuluş Savaşı 1922-ci il avqustun 30-da qazanılan zəfərlə başa çatdı. Bunun ardından 1923-cü il oktyabrın 9-da Türkiyənin xarici işlər naziri İsmət Paşa “Türk dövlətinin inzibati mərkəzi Ankara şəhəridir” ifadəsinin yer aldığı qanun layihəsini parlamentə təqdim edir. Qanun layihəsi həmin il oktyabrın 13-də Parlamentin Ümumi Məclisində səs çoxluğu ilə qəbul olunur.

  Ankara paytaxt elan olduqdan sonra şəhərdə sürətli tikinti və yenidənqurma işlərinə başlanılır. Xarici mütəxəssislər dəvət edilərək şəhərin gələcək planı hazırlanır. Yenidənqurma işlərində təhsil və mədəniyyət müəssisələrinə üstünlük verilir.

  Bu gün Türkiyənin paytaxtı elan edilməsinin 100-cü ili qeyd olunan Ankara dünyanın ən qabaqcıl və müasir şəhərlərindən biridir.



Әlaqәli Xәbәrlәr