Tarixdә bu gün: 27 oktyabr

Tarixin bu günü harada nәlәr baş verib, kimlәr xatırlanır? Qısaca nәzәr salaq.

1516425
Tarixdә bu gün: 27 oktyabr

 

Tarixin bu günü harada nәlәr baş verib, kimlәr xatırlanır? Qısaca nәzәr salaq.

1922-ci ilin 27 oktyabr tarixindә İtaliyada Benito Mussolini rәhbәrliyindәki faşist qüvvәlәr Neapoldan Romayadәk  yürüş edib. İki gün sonra Romaya çatan qüvvәlәr koalisiya hökumәtini devirdi vә rәhbәrliyi әlә keçirdi.

1991-ci ilin 27 oktyabr tarixindә Türkmәnistan müstәqilliyini elan etdi vә keçirilәn seçkilәrdә Saparmurat Türkmәnbaşı ilk dövlәt başçısı seçildi.

2005-ci ilin 27 oktyabr tarixindә Parisdә Şimali Afrika mәnşәli iki müsәlman uşağın ölmәsi ilә aksiyalar başladı. Ölkәnin müxtәlif şәhәrlәrindә keçirilәn aksiyalarda 300 bina, 10 avtomobil yandırıldı, hәmçinin 130 nәfәr yaralandı.

2017-ci ilin 27 oktyabr tarixindә Hon Konqda istehsal edilәn vә yaşlılara yardım mәqsәdi ilә dizayn edilәn ‘‘Sophia’’ adlı robota  Sәudiyyә Әrәbistanı vәtәndaşlıq verdi. ‘‘Sophia’’ vәtәndaşlıq alan ilk robot oldu.

 



Әlaqәli Xәbәrlәr