Tarixdə bu gün: 28 avqust

Tarixin bu günü harada nәlәr baş verib, kimlәr xatırlanır? Qısaca nәzәr salaq.

1479528
Tarixdə bu gün: 28 avqust

28 avqust 1963-cü ildə ABŞ- nın şərq ştatlarında başlayan "Vətəndaş haqları yürüşü" paytaxt Vaşinqtonda sona çatıb. Qaradərili fəal Martin Luther King 200 min nəfərə müraciət edərək “Bir xəyalım var” deyə başlayan məşhur nitqini söyləyib.

28 avqust 1988-ci ildə Almaniyanın Ramstein Aviabazasında hava nümayişləri zamanı İtaliyanın Hava qüvvələrinə məxsus 3 təyyarə toqquşaraq nümayiş izləyicilərinin üzərinə düşüb. Qəzada 75 nəfər ölüb, 346 nəfər yaralanıb.

28 avqust 1995-ci ildə Serblər Sarayevonun Markale bazarına top mərmisi vasitəsilə hücum həyata keçirib. İkinci dəfə törədilən qətliamda 43 nəfər ölüb, 75 nəfər yaralanıb.



Әlaqәli Xәbәrlәr