Tarixdə bu gün: 12 avqust

Tarixin bu günü harada nələr baş verib, kimlər xatırlanır? Qısaca məlumat verək.

1467079
Tarixdə bu gün: 12 avqust

***

  Kıbrısda (Kipr) rumların türklərə silahlı hücumlarını artırması və Yunanıstanla birləşmə istəklərinə qarşı Türkiyə döyüş təyyarələrinin ada üzərində uçuşları Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının çağırışı ilə 1964-cü ilin 12 avqustunda sona çatdı. BMT Kıbrıs adasında iki cəmiyyətli tampon bölgə yaratmaq üçün qərar verdi.

***

  12 avqust 2000-ci ildə Rusiyanın Şimal Donanmasının Barents dənizində apardığı genişmiqyaslı manevrlərin gedişində “Kursk” K-141 atom sualtı qayığı qəzaya uğrayaraq 107 metr dərinliyə çökdü. Əcnəbi mütəxəssislərin də qoşulduğu xilasetmə işləri heç bir nəticə vermədi, sualtı qayıqdakı 118 matrosun hamısı həlak oldu. Sonrakı tədqiqatlar göstərib ki, faciəyə səbəb qayığın torpedo hissəsində nasazlıq və bunun nəticəsində özbaşına açılan atəş olub.

***

12 avqustda həm də bu tarixi şəxsiyyətlər xatırlanır

  Azərbaycanın tanınmış pedaqoq alimi Fərhad Ağazadə 1880-ci ilin bu günü Qarabağın mərkəzi Şuşada dünyaya gəlib.

  Qori Seminariyasını bitirdikdən sonra Bakı, Şuşa, Gəncə və Xaçmazda müəllimlik edən F.Ağazadə Azərbaycan Müəllimlərinin I və II qurultaylarının iştirakçısı da olub.

  İnqilabdan əvvəl yazdığı məqalələrdə icbari təhsil, ana dilində məktəblər və müəllim seminariyaları açılması tələblərini irəli sürüb, dərslik və proqramlar tərtib edib. Sovet hakimiyyəti illərində bir sıra qəzet və jurnallarda işləyib. Ümumittifaq Mərkəzi Yeni Türk Əlifbası Komitəsinin üzvü olub.

  Fərhad Ağazadə “Türk dilinin dirilmək və zənginləşmək yolları”, “Türk dilində vurğu məsələsi”, “Qramer” kitablarının müəllifidir. (1880-1931)

*** 

  Azərbaycan aktyoru və rejissoru Mir Seyfəddin Kirmanşahlı 12 avqust 1892-ci ildə anadan olub. 1908-ci ildə İrandan Tiflisə gəlib, teatr təhsilini əvvəl burada, sonra Moskvada alıb. Yaradıcılığının əsas dövrü Tiflis-Azərbaycan teatrı ilə bağlıdır. Əsasən baş rollar oynayıb.   

  XX əsrin 20-ci illərindən Azərbaycan Dram Teatrında aktyor və rejissor kimi fəaliyyət göstərən, Bakı Teatr Texnikumunda dərs deyən, bir sıra filmlərdə çəkilən Mir Seyfəddin Kirmanşah 1930-ci ildə İrana qayıdıb, Təbriz və Tehran şəhərlərində işləyib. (1892-1933)

***

  Məşhur agent Ceyms Bond obrazını yaradaraq əsərlərilə onu bütün dünyaya tanıdan ingilis yazıçısı Yan Fleminq (İan Lancaster Fleming) 1964-cü ilin 12 avqustunda 56 yaşında həyatdan köçüb. (1908-1964)

***



Әlaqәli Xәbәrlәr