Tarixdə bu gün: 7 avqust

Tarixin bu günü harada nələr baş verib, kimlər xatırlanır? Qısaca nəzər salaq.

1466369
Tarixdə bu gün: 7 avqust

***

  1782-ci ilin bu günü Sankt-Peterburqda italiyalı heykəltaraş Etyen Falkone tərəfindən düzəldilən I Pyotrun heykəli qoyuldu. 

  Maraqlıdır ki, Pyotrun heykəlinin baş hissəsini Falkonenin şagirdi xanım Mari Kollo hazırlayıb.

***

  1807-ci ilin 7 avqustunda “Clermont” (Klermont) adlı ilk buxarlı sərnişin gəmisi Nyu-York - Albani arasında ilk reysini həyata keçirdi.

***

  7 avqust 1910-cu ildə İranın hökumət qoşunları və polisi Tehrandakı Britaniya səfirliyinə sığınan Səttarxan və azsaylı dəstəsini gözlənilməz hucümla tərksilah etdilər. Atışma zamanı Səttarxan ağır yaralandı.

***

  1919-cu ilin 7 avqustunda Türkiyədə Ərzurum Konqresi“Heyəti-Təmsiliyə” seçkisi ilə başa çatdı.

***

  1946-cı il 7 avqustda Türkiyə Sovet İttifaqının “Boğazların statusunun dəyişdirilməsi” tələbini rədd etdi.

***

  7 avqust 1964-cü ildə Vyetnam müharibəsi başladı. ABŞ Konqresi ölkə prezidenti Lindon Consona (Lyndon Baines Johnson) Vyetnama əsgər göndərmə səlahiyyəti verdi.

***

  1982-ci il 7 avqustda ermənilərin ASALA təşkilatının 2 terrorçusu Ankara Esenboğa Hava Limanına silahlı basqın etdi: 8 adam həlak oldu, 72 nəfər yaralandı. Terrorçuların isə biri öldürüldü, digəri yaralı olaraq tutuldu.

***

  İraq Küveyti işğal etdikdən sonra ABŞ və müttəfiqləri 1990-cı ilin 7 avqustundan "Səhra qalxanı" hərəkatına başladı. Müttəfiqlərə dəstək verən, ancaq müharibəyə qatılmayan Türkiyə bu zaman İraqdan gələn Kərkük-Yumurtalık neft boru kəmərini bağladı.

***

  1998-ci il 7 avqustda Keniya və Tanzaniyadakı ABŞ səfirlikləri eyni zamanda bombalandı, 224 nəfər öldü. Amerika Birləşmiş Ştatları hökuməti bu hücumlara görə Usamə bin Ladenin Əl-Qaidə terror təşkilatının məsuliyyət daşıdığını bildirdi.    

***

  7 avqust 2016-cı ildə İstanbulun Yenikapı rayonunda Türkiyə tarixinin ən böyük mitinqi - Demokratiya və Şəhidlər Mitinqi oldu. Mitinqdə 5 milyon adam var idi.

***

7 avqustda həm də bu insanlar xatırlanır

  Həyatı filmlərə mövzu olan hollandiyalı casus Mata Hari (Margaretha Geertruida Zelle) 1876-cı ilin bu günü anadan olub. (1876 - 1917)

***

  7 avqust böyük hind yazıçısı, Nobel mükafatı laueratı Rabirdranat Taqorun xatirə günüdür.

  Kəlküttə və London universitetlərini bitirdikdən sonra bədii yaradıcılığa başlayan Taqorun əsərlərində milli istiqlal uğrunda mübarizəyə çağırış var. 

  Rabirdranat Taqor 1941-ci ilin bu günü 80 yaşında həyatdan köçüb. (1861-1941)

***

  Oskar mükafatlı kinoaktrisa Şarliz Teron (Charlize Theron) 1975-ci ilin bu günü Cənubi Afrikada dünyaya gəlib.

***



Әlaqәli Xәbәrlәr