Tarixdə bu gün: 30 iyul

Tarixin bu günü harada nələr baş verib, kimlər xatırlanır? Qısaca nəzər salaq.

1463179
Tarixdə bu gün: 30 iyul

*** 

  Azərbaycan Demokratik Cümhuriyyəti hökumətinin 30 iyul 1918-ci il qərarı ilə çar Rusiyası dövründə Yelizavetpol adlandırılan Gəncənin tarixi adı bərpa olundu.

***

  1971-ci il iyulun 30-da “Boeing 727” tipli sərnişin təyyarəsi ilə Yaponiya döyüş təyyarəsinin Yaponiya göylərində toqquşması nəticəsində 162 nəfər həyatını itirdi.                                       

***

  30 iyul Vanuatu Respublikasının Müstəqillik günüdür.

  Sakit okeanın cənub-qərb hissəsində yerləşən bu ölkə 1980-ci ilin bu günü istiqlaliyyətini elan edib.

  Bir miyona yaxın əhalisi olan Vanuatunun paytaxtı Vali şəhəridir.  

  Qeyd edək ki, müasir Vanuatu respublikasının yerləşdiyi adalar 17-ci əsrin əvvəllərində kəşf olunub.

*** 

  Çeçenistanla Rusiya arasındakı müharibəyə son qoyan silsilə razılaşmalar 30 iyul 1995-ci ildə Çeçenistanın mərkəzi Qroznıda imzalandı.

***

30 iyulda həm də bu tarixi şəxsiyyətlər xatırlanır

  Məşhur Amerika sənayeçisi, Birləşmiş Ştatlarda avtomobil sənayesinin əsasını qoyanlardan biri Henri Ford (Henry Martin Ford) 1863-cü ilin bu günü Miçiqan ştatının Dirbori şəhərində anadan olub. (1863-1947)

***

  “Molla Nəsrəddin” ədəbi məktəbinin davamçılarından olan, Azərbaycan satirik nəsrinin inkişafında mühüm rol oynayan Qantəmir 1889-cu ilin 30 iyulunda Göyçayda dünyaya gəlib.

  İstanbul Universitetinin tarix-filologiya və Azərbaycan Dövlət Universitetinin tibb fakültələrini bitirən yazıçı 30-cu illərdə “Ağıl dəryası”, “Şarlatan”, “Kolxozustan” kitablarını nəşr etdirib. (1889-1944)

***

  Almaniyanı "Qan və dəmir" siyasətiylə birləşdriən məşhur alman siyasətçisi və dövrün baş naziri Otto von Bismark (Otto Eduard Leopold von Bismarck - Schönhausen olan Bismarck) 1898-ci ilin bu günü 83 yaşında həyatdan köçüb. (1815-1898)

***

  Azərbaycanın əməkdar incəsənət xadimi olan rus şairi Sergey Vasilyev 30 iyul 1911-ci ildə anadan olub.

  Şairin “Partizanın portreti”, “Uralda” poemaları, lirik şeirləri insanların fədakar əməyinə və qəhrəmanlıq mübarizəsinə həsr edilib. “Tobol sahilində daxma” poemasında isə Dekabristlərin həyat və fəaliyyətindən söhbət açılır.

  Mirzə Ələkbər Sabirin əsərlərini rus dilinə tərcümə edən Sergey Vasilyevin, eləcə də Cəfər Cabbarlı və M.Ə.Sabir haqqında şeirləri var. “Nəzm haqqında nəsr” kitabında Azərbaycan yazıçılarından bəhs edir. (1911-1975)

***

  30 iyul Azərbaycanın tanınmış maarif xadimi Həbib bəy Mahmudbəyovun xatirə günüdür.

  Şamaxıda doğulan (1864) Həbib bəy 23 yaşında (1887) Tiflisdə Müəllimlər İnstitutunu bitirib. Elə həmin il Bakıda Sultanməcid Qənizadə ilə birlikdə ilk xüsusi Rus-Müsəlman Məktəbinin əsasını qoyub. Sonralar İçərişəhərdə açılan birinci Rus-Müsəlman Məktəbinə müdir təyin olunub və 14 il həmin məktəbə rəhbərlik edib.

  1905-1916-cı illərdə Həbib bəy Mahmudbəyov Bakı Şəhər Məktəbinin müdiri işləyib, yoxsul ailələrin təhsilə cəlb olunmasına çalışıb. Azərbaycan Müəllimlərinin I Qurultayının nümayəndəsi olan H.Mahmudbəyov 1921-1927-ci illərdə Bakıda ali pedaqoji institutda direktor müavini işləyib. (1864-1928)

***

  Bu gün həm də Azərbaycanın tanınmış maarifçisi, publisist və yazıçı Cəmo Cəbrayılovun xatirə günüdür.

  Bakı mətbuatında, əsasən “Məktəb” jurnalında uşaq şeirləri, hekayələr, şeirlər dərc etdirən, Azərbaycanda pedoqoji kadrların hazırlanmasında böyük əməyi olan C.Cəbrayılov həm də bir sıra dərslik və 30-dan çox elmi-metodik kitabın müəllifidir. (1887-1965)

***



Әlaqәli Xәbәrlәr