Tarixdə bu gün: 16 iyul

Tarixin bu günü harada nələr baş verib, kimlər xatırlanır?

1454316
Tarixdə bu gün: 16 iyul

*** 

  İkinci Dünya Müharibəsinin gedişində 16 iyul bir sıra yaddaqalan hadisələrlə əlamətdar olub.

  1940-cı ilin 16 iyulunda Adolf Hitler İngiltərəyə müdaxiləyə hazırlaşmaq haqqında əmr verdi. Bu əməliyyat “Dəniz şiri” adlanırdı. 

  1941-ci ilin 16 iyulunda alman qoşunları Rusiyanın Smolensk şəhərini ələ keçirdilər.

  1942-ci ilin 16 iyulunda alman generalı Rommel Afrikanın şimalında ingilis qoşunları tərəfindən məğlubiyyətə uğradıldı.

***                                              

  16 iyul 1945-ci ildə Amerika Birləşmiş Ştatları Manhattan layihəsi çərçivəsində ilk dəfə Nyu Mexiko Alamoqordoda (New Mexiko Alamogordo) ilk atom bombasının sınaq partlayışını keçirdi. "Trinity" adı verilən testdən bir neçə həftə sonra ABŞ eyni tipdə nüvə bombasını Yaponiyanın Naqazaki şəhərinə atdı.

  Qeyd edək ki, Amerikanın nüvə bombasının yaradılmasında faşist Almaniyasından mühacirətə getmiş fiziklər iştirak ediblər.

*** 

  1975-ci ilin 16 iyulunda kosmosda “Soyuz” sovet kosmik gəmisinin Aleksey LeonovValeri Kubasovdan ibarət heyəti ABŞ-ın “Appallon” gəmisinin ekipajı Stafford, Sleyton və Brandla görüşdülər.

*** 

  16 iyul 1990-cı ildə Filipinin şimalında 7,7 bal gücündə zəlzələ oldu. Ölkə tarixinin ən şiddətli zəlzələsində təxminən 1500 adam həyatını itirdi.

***

16 iyulda həm də bu tarixi şəxsiyyətlər xatırlanır.

  Azərbaycanın dövlətçilik tarixində mühüm yer tutan görkəmli siyasi xadim Şəmsəddin Eldəniz 16 iyulda hakimiyyətə gəlib. O son dərəcə maraqlı həyat yolu keçib.

  Tarixi mənbələrə görə, balaca Şəmsəddin qul kimi Dərbənd bazarından alınıb və sonra İraqa aparılıb. Çox keçmədən bacarığı və fərasəti ilə Səlcuq sultanının vəziri Əbu Həmid Əli ibn Əhmədin diqqətini cəlb edib. Bilik və məharətinə görə Sultan Toğrul ona Əmir titulu verib və öz oğlunun atabəyi təyin edib.

  Sultan Toğrulun vəfatından sonra Şəmsəddin Eldəniz hökmdarın dul qadını Mömünə xatunla evlənib. 1136-cı ildə o, Aran (Şimali Azərbaycan) hakimi təyin olunub və Bərdəyə göndərilib. Bununla da Atabəylər dövlətinin və Eldənizlər sülaləsinin bünövrəsi qoyulub. (1136-1175)

***

  Norveç Qütb tədqiqatçısı, ilk dəfə it qoşqusunda Cənub Qütbünə gedib çıxan Rual Amundsen (Roald Engelbregt Gravning Amundsen) 1872-ci ilin 16 iyulunda anadan olub.

  1928-ci ilin bu günü Fransanın “Latam” hidrotəyyarəsində Nobile ekspedisiyasını axtarmağa uçan Amundsen barədə elə o vaxtdan heç bir məlumat alınmayıb. (1872-1928)

***

  Türkiyənin ilk təyyarə dizayneri, “Hürkuş” adlı ilk yerli təyyarənin yaradıcısı Vecihi Hürkuş 1969-cu ilin bu günü 80 yaşında dünyadan köçüb. (1896-1969)  

*** 



Әlaqәli Xәbәrlәr