Tarixdə bu gün: 15 iyul

Tarixin bu günü harada nələr baş verib, kimlər xatırlanır?

1454311
Tarixdə bu gün: 15 iyul

***

  Birinci Səlib (xaçlı) Yürüşünün sonunda - 1099-cu ilin 15 iyulunda Qüds şəhəri Xaçlı Ordusunun əlinə keçdi. Qüdsdə misli görülməmiş qırğın törədən xaçlılar müsəlman və yəhudi - minlərlə adam öldürdülər.

***

  1826-cı ilin yayında Gülüstan müqaviləsindən sonra ələ keçirdiyi Azərbaycanın şimal torpaqlarında möhkəmlənmək məqsədilə Rusiya (Romanovlar) yenidən Qafqaza hücuma hazırlaşırdı. Öz növbəsində İran (Qacarlar) da Rusiyanın ələ keçirdiyi torpaqları almaq istəyirdi. Buna görə də 1826-cı ilin 15 iyulunda Romanovlarla Qacarlar arasında yeni müharibə başlandı: şahzadə Abbas Mirzə 60 minlik qoşunu ilə Şimali Azərbaycan ərazisinə daxil oldu.

***

  15 iyul 1952-ci ildə Azərbaycanda “Kirpi” satirik jurnalı çap olunmağa başladı. Bu mətbu orqanı əsasən Sovet cəmiyyətində özünü göstərən naqislikləri işıqlandırır, satira atəşinə tuturdu.

***

  1974-cü il 15 iyulda Kiprdə Yunanıstan zabitlərindən ibarət Milli Mühafizlər dəstəsi çevriliş edərək ölkə başçısı Makariosu devirdi. Hakimiyyətə EOKA-nın sədri Nikos Sampson gətirildi.

  Türkiyə qiyamçılara sərt reaksiya verdi və qarantiya haqqlarını istifadə etmək üçün hazırlıqlara başladı.

***  

  1983-cü ilin 15 iyulunda Parisin Orli (Orly) hava lımanındakı THY bürosuna erməni terror təşkilatı ASALA üzvləri tərəfindən bombalı hücum oldu, ikisi Türkiyə, dördü Fransa vətəndaşı olmaqla 8 adam həyatını itirdi, 55 nəfər yaralandı.

*** 

  Türkiyə hökumətinin içinə sızan FETÖ terror təşkilatı üzvləri 15 iyul 2016-cı ildə çevriliş cəhdi etdi.

  Paytaxt Ankarada TRT binaları basıldı, özünü "Yurdda sülh şurası” adlandıran FETÖ terror təşkilatı üzvlərinin hazırladığı mətn silah gücünə oxutduruldu.

  FETÖ qiyamçıları Türkiyə Böyük Millət Məclisi (TBMM), Ankara Təhlükəsizlik Müdirliyi və Xüsusi Hərəkat Departamentini bombaladılar. Xalq çevrilişə sinə gərdi, 251 nəfər şəhid oldu.

  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın çağırışıyla küçəyə çıxan milyonlarla vətəndaş çevrilişə "Dur" dedi.

  Çevriliş cəhdinə qarışan və dəstək verən yüzlərlə FETÖ üzvü həbs olundu.

***

15 iyulda həm də bu tarixi şəxsiyyətlər xatırlanır.

  İntibah dövrünün dahi sənətkarlarından olan holland rəssamı Pembrant 1606-cı ilin bu günü dünyaya gəlib.

  1630-1640-cı illərdə yaratdığı əsərlər, o cümlədən, “Doktor Tulpun dərsi” silsilə portretləri məhşurlaşandan sonra rəssam çoxlu sifarişlər alıb. Dünya təsviri sənətinin nadir incilərindən sayılan “Saskiya ilə avtoportret”, “Samsonun kor olması”, “Gecə qarovulçusu” tabloları da həmin illərin məhsullarıdır. (1606-1669)

***

  Azərbaycanın xalq rəssamı, heykəltaraş Cəlal Qaryağdı 1915-ci ilin 15 iyulunda anadan olub. Onun milli üslubda yaratdığı Sovet İttifaqı Qəhrəmanları - Həzi Aslanov, İsrafil Məmmədov, Adil Quliyevin büstləri, Natəvanın barelyefi, Nəriman Nərimanov, Mirzə Ələkbər Sabir, Qara Qarayev və Fikrət Əmirovun heykəlləri müəlllifə böyük şöhrət qazandırıb. (1915-1999)

***

  Azərbaycan ifaçılıq sənətinin görkəmli nümayəndələrindən biri, xalq artisti Gülağa Məmmədov 1925-ci ilin bu günü doğulub. Azərbaycan Dövlət Konservatoriyası nəzdində Üzeyir Hacıbəyovun rəhbərlik etdiyi musiqi məktəbini bitirib. 1937-ci ildə Moskvada keçirilən Azərbaycan mədəniyyəti dekadasında ilk dəfə böyük səhnəyə çıxıb və Koroğlunun ariyasını ifa edib.

  Uzun illər Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri şirkətinin solisti olmuş Gülağa Məmmədovun ifasında Azərbaycan bəstəkarlarının onlarca əsəri musiqi mədəniyyəti xəzinəsinə daxil olub. (1925-1997)

***



Әlaqәli Xәbәrlәr