Tarixdə bu gün: 14 iyul

Tarixin bu günü harada nələr baş verib, kimlər xatırlanır?

1453691
Tarixdə bu gün: 14 iyul

***

  14 iyul Fransa xalqının milli bayramı – Bastiliya qalasının alınması günüdür.

  1789-cu ilin bu günü üsyana qalxmış Paris əhalisi qarşısıalınmaz hücumla burbon kral sülaləsinin həbsxanaya çevirdiyi Bastiliyanı (Bastille) ələ keçirdi və zindandakı siyasi məhbusları azad etdi. Bu hadisə Fransa və Avropanın sonrakı tarixinə güclü təsir göstərdi. Məhz Bastiliyanın alınmasından sonra Böyük Fransa İnqilabının pöhrələri üzə çıxdı. “Azadlıq, bərabərlik, qardaşlıq” şüarı isə bötüvlükdə dünyanın müxtəlif yerlərində baş verən inqilabların əsas ideologiyasına çevrildi.

***  

  1918-ci il iyulun 14-də Lazar Biçeraxov Bakının müdafiə xəttinin sağ cinahının komandanlığını qəbul etdi. Lakin cəbhədə vəziyyət ağırlaşınca Biçeraxov öz dəstəsini cəbhə xəttindən çıxararaq şimal istiqamətinə çəkildi.

  Sonralar Bakıda erməni kilsəsində axtarış aparılan zaman oradan Lazar Biçeraxovun arxivi tapıldı ki, bu sənədlərdə onun Daşnak partiyası və erməni milli şurasının başçıları ilə sıx əlaqə saxladığı məlum oldu.

*** 

  İstanbulun Taşkızak tərsanəsində istehsal edilən, adı Atatürk tərəfindən verilən "Atılay" sualtı gəmisi 1942-ci ilin 14 iyulunda Çanaqqalada təlim zamanı batdı. Birinci Dünya Müharibəsindən qalma minaya dəydiyi təsbit edilən “Atılay“ sualtı gəmisində Türkiyənin 39 dənizçisi həyatını itirdi.

***  

  1959-cu ilin 14 iyulundan İraqın Kərkük bölgəsində kürd qruplaşmaları silahsız türkmən vətəndaşlarına hücum etdi. 3 gün boyu sürən qırğında İraq təhlükəsizlik qüvvələrinin hücumlara seyrçi qalması təxminən 30 türkmənin ölümünə, yüzlərləsinin isə yaralanmasına səbəb oldu. Türkiyənin təzyiqləri nəticəsində İraq hökuməti Kərkük qətliamını törədən 260 nəfəri həbs və bunlardan 28-sini edam etdi.

***  

  14 iyul 1983-cü ildə Türkiyənin Belçika Səfirliyinin inzibati attaşesi Dursun Aksoy erməni terrorçularının silahlı hücumu nəticəsində həyatını itirdi. Sui-qəsdi aralarında ASALA-nın olduğu 3 erməni terror təşkilatı boynuna götürdü.

***

 14 iyulda həm də bu tarixi şəxsiyyətlər xatırlanır.

  Tanınmış rus şairi Qavrila Derjavin 1743-cü ilin bu günü dünyaya gəlib. Rusiya şəhərlərində qubernator, II Yekaterinanın xüsusi katibi, senator və ədliyyə naziri olmuş Derjavin öz şeirlərində saray həyat tərzi və ölkənin ictimai qüsurlarını əks etdirib. (1743-1816)

***



Әlaqәli Xәbәrlәr