Tarixdə bu gün: 5 iyul

Tarixin bu günü harada nələr baş verib, kimlər xatırlanır?

1446412
Tarixdə bu gün: 5 iyul

*** 

  1918-ci il iyulun 5 və 6-da Qafqaz İslam Ordusu qüvvələri ilə Şaumyanın başçılıq etdiyi Bakı Xalq Komissarları Sovetinin Qırmızı Ordu hissələri arasında Ağsu ətrafında döyüş baş verdi. Düşmən qüvvələrinin müqavimətini qıran Qafqaz İslam Ordusu Ağsuya daxil oldu.

  Qeyd edək ki, Ağsu döyüşü Qaraməryəm savaşında qazanılmış qələbəni möhkəmləndirdi.

***                                          

  1921-ci ilin 5 iyulundan İtaliya öz qoşunlarını Anadoludan çıxarmağa başladı. Çünki o vaxt Mustafa Kamal Paşanın rəhbərlik etdiyi qoşunlar müdaxiləçilərə bir-birinin ardınca təsirli zərbələr endirirdilər. Osmanlı-türk ordusunun bu uğurları göstərdi ki, bir qədər əvvəl imzalanmış Sevr müqaviləsi öz əhəmiyyətini itirməkdədir.

***

  1962-ci il 5 iyulda Fransa prezidenti Şarl de Qoll Əlcəzairin müstəqilliyini qəbul etməli oldu.

  Bir əsrdən çox Fransanın müstəmləkəsi olan Əlcəzairdə fransız dili bu günədək əhəmiyyətini itirməyib və etnik qruplar arasında hələ də əsas ünsiyyət vasitəsi olaraq qalır.

***

  5 iyul 1975-ci ildə Atlantik okeanında, Afrikanın qərb sahilləri yaxınlığında yerləşən Kabo-Verde respublikası yaradıldı. 1986-cı ilə qədər bu ölkənin adı Yaşıl Burun adaları idi. 15 adadan ibarət bu ölkənin ümumi sahəsi 4 min kvadrat kilometrdən artıqdır. 380 minlik əhalinin təxminən 62 faizi mulatlar, qalanları isə portuqaliyalılardır. Bu adaları 15-ci əsrin ortalarında portuqaliyalılar aşkara çıxarıblar. Həmin vaxtdan sonra 500 il ərzində Yaşıl Burun adaları Portuqaliyanın müstəmləkəsi olub. 

***

  İran-Kontra qalmaqalının “baş qəhrəmanı”, Amerika Birləşmiş Ştatlarının İrana qeyri-qanuni silah satışını idarə edən podpolkovnik Oliver Norta (Oliver North) 1989-cu ilin 5 iyulunda 3 il həbs cəzası kəsildi.

*** 

  5 iyul 1993-cü ildə terror təşkilatı PKK-nın bir qrup üzvü Ərzincanın Başbağlar kəndini basqın, 33 vətəndaşı gülləyə düzərək və yandıraraq qətl etdi.

***

  1996-cı ilin 5 iyulunda ilk klonlanan canlı – Dolli (Dolly) adlı qoyun dünyaya gəldi. Bütün həyatını Şotlandiyanın Edinburq Araşdırma İnstitutunda keçirməli olan Dolli 6 bala doğduqdan sonra 2003-cü ildə öldü.

***

  Azərbaycan prezidentinin 2002-ci il 5 iyul tarixli fərmanı ilə respublikada Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi yaradıldı.

***     



Әlaqәli Xәbәrlәr