Tarixdə bu gün: 4 iyul

Tarixin bu günü harada nələr baş verib, kimlər xatırlanır?

1446411
Tarixdə bu gün: 4 iyul
Amerika Birləşmiş Ştatlarının Müstəqilliyi haqqında Bəyannamə.jpg

*** 

  1187-ci il 4 iyulda Eyyübi sultanı Səlahəddin Eyyübi Hittin müharibəsindən Qüds kralının rəhbərliyindəki Xaçlı ordusunu məğlubiyyətə uğratdı. Bundan sonra o, Qüdsü ələ keçirdi.

***

  4 iyul Amerika xalqının milli bayramı – istiqlaliyyət günüdür.

  1776-cı ilin bu günü Şimali Amerikadakı 13 koloniya dövləti Filadelfiyada Amerika Birləşmiş Ştatlarının Müstəqilliyi haqqında Bəyannaməni qəbul edərək İngiltərəyə qarşı suverenliklərini elan etdilər. Bununla da dünya tarixində ilk dəfə müstəmləkə öz metropoliyasından müstəqillik almağa nail olub. Müstəqillik bəyannaməsində qeyd olunmuş hüquqi təminat o dövrdə Avropada mövcud olan bəzi anlayışları kökündən sarsıtdı. Çünki o vaxta qədər heç yerdə şəxsiyyətin hüquqlarına bu qədər üstünlük verilməmişdi.

***

  Azərbaycan Demokratik Respublikası hökumətinin 3 iyul 1918-ci il qərarı ilə strateji məhsul olan dərinin ölkənin hüdudlarından çıxarılması qadağan edildi. 

***

  1946-cı ilin 4 iyul tarixində - Amerika Birləşmiş Ştatları öz milli bayramı günü Manilada imzalanan müqaviləyə əsasən Filippinə tam müstəqillik verdi.

  Qeyd edək ki, bu hadisədən 48 il əvvəl - 1898-ci ildə ABŞ İspaniya ilə qısamüddətli müharibədəki qələbəsindən sonra Filippini 20 milyon dollara almışdı.

  Filippinə müstəqillik verilməsinə baxmayaraq, amerikalılar yeni dövlətdə hərbi bazalara yiyələnmək hüququnu, milli valyutaya nəzarəti, eləcə də iri ticarət güzəştlərini özlərində saxlayırdılar. 

  Hazırda Filippin arxipelaqının 7 mindən çox adasında 80 milyon əhali yaşayır. Dövlət bayrağındakı 3 ulduz ilə Filippinin 3 əsas adalar sisteminin rəmzidir. 

***

  1976-cı ilin 4 iyulunda İsrail hərbi birlikləri Fələstin hava quldurları tərəfindən qaçırılaraq Uqandanın Entebbe Havalımanında endirilən təyyarəni girovdan azadetmə əməliyyatına başladılar. Uqanda hökumətindən icazəsiz edilən basqında təyyarədəki üç girovla yanaşı bütün fələstinlilər və 45 Uqanda əsgəri öldürüldü. 

*** 

  Türkiyənin Yunanıstan Səfirliyinin müşaviri Ömər Haluk Sipahioğlu 1994-cü il iyulun 4-də Afinada uğradığı silahlı hücum nəticəsində həlak oldu. Sui-qəsdi "17 noyabr" adlı yunan terror təşkilatı öz boynuna aldı.

***

4 iyulda həm də bu tarixi şəxsiyyətlər xatırlanır.

  Bu gün Osmanlı imperatorluğunun ilk Dəniz Donanması komandiri (Kaptani-Derya) Barbaros Xeyrəddin Paşanın xatirə günüdür. Osmanlı donanmasının məşhur adlarından olan, Preveze qələbəsinin tanınmış komandiri 1546-cı ilin 4 iyulunda 68 yaşında dünyasını dəyişib. (1475-1546)  

***

  1797-ci il 4 iyulda Qacarlar sülaləsinin banisi Ağa Məhəmməd şah öz yaxın adamları tərəfindən Şuşada qətlə yetirildi.

  1796-cı ildə İranda hakimiyyətə gəldikdən sonra Şimali Azərbaycan və Gürcüstana yürüşlər edən şah Qacar Şuşa qalasını ələ keçirmişdi.

  Ağa Məhəmməd şah Qacar qətlə yetirilən gecə Qarabağ xanının vəziri və görkəmli Azərbaycan şairi Molla Pənah Vaqif zindanda öz edamını gözləyirdi. (1741-1797)

***

  İtaliyanın xalq qəhrəmanı Cüzeppe Haribaldi 1807-ci ilin bu günü anadan olub.

  26 yaşından (1833) İtaliyanın azadlığı uğrunda mübarizə aparan Haribaldi qiyabi olaraq ölümə məhkum edilib, Cənubi Amerikaya mühacirətə gedib. 1848-1849-cu illər İtaliya inqilabının əvvəllərində vətəninə qayıdıb.

  Haribaldinin azadlıq uğrunda mübarizəsi ona təkcə İtaliya deyil, dünyada rəğbət qazandırıb və bir çox ölkədə azadlıq hərəkatına təsir göstərib. (1807-1882)

***

  4 iyul Azərbaycanın ilk bəstəkar qadınlarından olan Ağabacı Rzayevanın xatirə günüdür. (O, 1912-ci ildə dünyaya gəlib.)

  Bakı Konservatoriyasında oxuyan, böyük Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylidən dərs alan A.Rzayevanın yaradıcılığında mahnı və romanslar mühüm yer tutur. (1912-1975)

***



Әlaqәli Xәbәrlәr