Tarixdə bu gün: 16 may

Tarixin bu günü harada nələr baş verib, kimlər xatırlanır? Qısaca nəzər salaq.

1417117
Tarixdə bu gün: 16 may

***

  1770-ci ilin 16 may tarixində Parisdə Fransa taxt-tacının vəliəhdi 16 yaşlı Lüdoviqlə 15 yaşlı şahzadə Mariya Antuanettanın təntənəli toy məsarimi keçirildi. Ailə quran gənclər Paris küçələri ilə gəzərkən sakinlərə pulsuz içkilər payladı. Bu zaman yaranan basabasda onlarla adam ayaq altında qalaraq həlak oldu. Bir çoxu bu hadisəni uğursuz əlamət kimi qiymətləndirdilər. Həqiqətən də XVI Lüdoviq və arvadı Mariya Antuanetta inqilabçılar tərəfindən gilyotindən keçirildilər (1793).

***

  Türkiyə respublikasının qurucusu Mustafa Kamal Paşa İzmirin işğalından 1 gün sonra – 1919-cu ilin 16 mayında 9-cu Ordu Müfəttişi olaraq Bandırma gəmisi ilə İstanbuldan Samsuna hərəkət etdi.

***

  Alman faşistləri tərəfindən işğal olunmuş Polşanın paytaxtında 16 may 1943-cü ildə yəhudilərin nasistlərə qarşı Getto üsyanları başa çatdı. Qiyamda 56.000 yəhudi öldürüldü. Bir aylıq mübarizədən sağ qalanlar isə gestapo düşərgələrinə göndərildi.

***

16 mayda həm də bu tarixi şəxsiyyətlər xatırlanır.

  Bu gün XII əsr Azərbaycan şairi Fələki Şirvani xatırlanır. Xaqani Şirvaninin müasiri olmuş, Əbül-Üla Gəncəvidən dərs almış Fələki Şirvanşahların mötəbər saray şairlərindən idi. Mənbələrdə onun “Ehkamül-nücum”, yəni “Astronomiyaya dair mülahizələr” adlı əsər yazdığı göstərilir.

  Saray böhtanlarına məruz qalan Fələki Şirvani zindana salınıb, dərin mənəvi sarsıntılara dözməyərək gənc yaşında ikən vəfat edib.  

***

  Tanınmış rus yazıçısı Olqa Berqolts 1910-cu ilin 16 mayında anadan olub. “Leninqrad (Sankt-Peterburq) blokadası” mövzusu onun yaradıcılığında böyük yer tutur. Məhz bu blokada silsiləsi Berqoltsu məhşurlaşdırıb. Onun həyat yoldaşı represiya olunduğuna görə özü də dəfələrlə təzyiqlərə məruz qalıb. (1910-1975)

***

  Sovet İttifaqı Qəhrəmanı, ağırlıq qaldırma üzrə dəfələrlə Azərbaycan çempionu və SSRİ idman ustası Dmitri Çelyadinov 1913-cü ilin bu günü Bakıda dünyaya gəlib.  

  Azərbaycanın Tibb Universitetini bitirən D.Çeyladinov Qafqazdan Ukraynayadək cəbhə yolu keçib və 1944-cü ildə qəhrəmancasına həlak olub. (1913-1944)

***



Әlaqәli Xәbәrlәr