Tarixdə bu gün: 25 aprel

Tarixin bu günü harada nələr baş verib, kimlər xatırlanır? Qısaca nəzər salaq.

1404660
Tarixdə bu gün: 25 aprel
kurtulus_savasi_mehmetcik_turk_ordusu_istiklal_harbi.jpg

***

  1859-cu ilin 25 aprelindən Misirin Port Səid şəhərindən Qırmızı dənizlə Aralıq dənizini bir-birinə bağlayacaqSüveyş kanalının işlərinə başlanıldı.

***

  I Dünya Müharibəsi əsnasında – 1915-ci ildə İstanbulu işğal etməyi qarşısına məqsəd qoyan İngiltərə-Fransa hərbi qüvvələri Çanaqqala boğazını ala bilməyəcəklərini anlayınca 25 apreldən quru müharibələrinə keçdilər. İngiltərə və Fransa hərbi donanması Çanaqqala yarımadasının 5 limanına yan aldı. Ancaq işğalçılar türk əsgərinin inadkar müdafiəsi qarşısında çox irəliləyə bilmədilər. Aylarla sürən səngər döyüşlərindən sonra müttəfiq ordu qüvvələri dekabr ayında yarımadanı tərk etməli oldular və bu hadisə tarixə Çanaqqala Zəfəri olaraq düşdü.  

***

  1974-cü ilin 25 aprelində Portuqaliyada general Antonio Spinolanın idarə etdiyi dəstə “Qərənfil inqilabı” edərək silahsız hərbi çevrilişlə 1933-cü ildən bəri sürən Salazar faşist diktaturasına son qoydu. İki il sonra keçirilən seçkilərlə ölkə demokratik idarəetmə sistemini bərpa etdi, üstəlik Afrika və Şərqi Asiyadakı koloniyalarından əl çəkdi. Bunun sayəsində Qvineya Bisau, Mozambik və Anqola kimi ölkələr müstəqillik qazandılar. 

***

  25 aprel 1990-cı ildə “Hubble” kosmik teleskopu “Dıscovery” astronavtlar tərəfindən Yer orbitinə yerləşdirildi.

***

  25 aprel 2001-ci ildə Filippinin sabiq prezidenti Cozef Estrada (Joseph Estrada) ölkənin 80 milyon dollarlıq malını mənimsəməkdə təqsirli bilindi və Maniladakı evində yaxalanaraq həbs olundu.

***

25 apreldə həm də bu tarixi şəxsiyyətlər xatırlanır.

  Azərbaycanın neft tarixində müstəsna rol oynamış görkəmli neftçi-geoloqu Baba Babazadə 1911-ci ilin bu günü Bakının Ramana kəndində anadan olub.

  Buzovna-Maştağa, Zirə, Kürsan, Qaradağ, Neft Daşlarının Şimal-Şərq qanadında və digər yerlərdə zəngin neft yataqlarının kəşfi onun adı ilə bağlıdır. Bundan əlavə o, dənizdə və quruda neft hasil edən yeni bazaların yaradılmasında da fəal iştirak edib ki, bu da Azərbaycanda qaz sənayesinin təməlinin qoyulmasına əsaslı təkan verib.
  B.Babazadə həm də neft və qaz yataqlarının axtarışı, kəşfiyyatı işlərində yeni metodların yaradıcılarındandır. Müxtəlif torpaq suxurlarında neft və qaz yataqlarının yerləşməsinin qanunauyğunluqları barədə B.Babazadənin elmi əsərlərində geniş bilgilər toplanıb. Məhz bu ideyalar bütün Sovet İttifaqının neft rayonlarında düzgün geoloji kəşfiyyat işlərinin aparılması istiqamətində nəzəri baza rolunu oynayıb.
  1944-cü ildə SSRİ və Azərbaycan neftçiləri arasında ilk dəfə olaraq B.Babazadəyə Sosialist Əməyi Qəhrəmanı adı verilib. (1911-1962)

***

  25 aprel 1941-ci ildə Mustafa Kamal Atatürkün ən yaxın adamı kimi tanınan, uşaqlıq dostu və yavəri Salih Bozok dünyasını dəyişib. (1881-1941)

***



Әlaqәli Xәbәrlәr