Tarixdə bu gün: 2 aprel

Tarixin bu günü harada nələr baş verib, kimlər xatırlanır? Qısaca nəzər salaq.

1389014
Tarixdə bu gün: 2 aprel


Tarixin bu günü harada nələr baş verib, kimlər xatırlanır? Qısaca nəzər salaq.


1453-cü ilin 2 aprel tarixində Fateh Sultan Mehmed İstanbulu mühasirəyə almaq üçün hərəkətə keçib.

 

1972-ci ilin 2 aprel tarixində məşhur aktyor Çarli Çaplin 1952-ci ildə tərk etdiyi ABŞ-a 20 ildən sonra Oskar mükafatını almaq üçün geri qayıdıb.

 

1982-ci ilin 2 aprel tarixində Argentina ordusunun Falkland adasını işğal etməsi ilə İngiltərə ilə Argentina arasında 73 gün davam edən ''Falklan müharibəsi'' başlayıb. İngiltərənin qələbəsi ilə nəticələnən müharibədən sonra müharibənin başlamasına görə məsuliyyət daşıyan Argentina prezidenti Qaltileri saxlanılıb.

 



Әlaqәli Xәbәrlәr