Tarixdə bu gün: 28 fevral

28 fevral təqvim günündə baş verən əlamətdar hadisələrdən bir qismini təqdim edirik.

1367759
Tarixdə bu gün: 28 fevral

28 fevral 1953-cü il tarixində Türkiyə, Yunanıstan və Yugoslaviya arasında Balkan paktı bağlandı. Pakt ilə hərbi əməkdaşlığı qərara alan üç ölkə SSRİ-nin Balkan coğrafiyası üzərindəki təzyiqini azaltmağı hədəf almışdı.

28 fevral 1986-cı ildə İsveçin baş naziri Ulof Palme (1927-1986) odlu silahla öldürüldü. O, Stokholmun mərkəzində, Sveavegen küçəsində qətlə yetirildi. Həmin gün baş nazir axşamdan keçmiş xanımı Lisbed ilə “Qrand” kinoteatrından evinə qayıdırmış. Onların yanında cangüdənlər olmayıb, çünki U.Palme şəhərdə mühafizəçisiz gəzməyi sevirmiş. Cütlük Tunnelqatan küçəsi ilə dörd yol ağzına çatarkən bir kişi onlara yaxınlaşır və Palmeyə iki dəfə atəş açır. Üstü indiyədək açılmayan bu cinayət müasir İsveçin tarixində ən müəmmalı hadisələrdən biridir.

28 fevral 1991-ci ildə ABŞ-ın Birinci Körfəz hərbində qurudan əməliyyata başlanmasından sonra İraq müttəfiqlərlə atəşkəs müqaviləsi imzaladı. Atəşkəs ilə İraqın 6 ay 25 gün davam edən Küveyti işğalı da sona çatdı.

28 fevral 1997-ci ildə Türkiyədə Milli Təhlükəsizlik Şurasının 9 saat davam edən iclasından sonra “28 fevral prosesi” olaraq adlandırılacaq 18 maddədən təşkil tapan qərarlar qəbul edildi.

28 fevral 2015-ci ildə “İnce Məmməd” və “Yer dəmir, göy mis” kimi əsərləri olan usta yazıçı Yaşar Kamal 92 yaşında İstanbulda həyatını itirdi.



Әlaqәli Xәbәrlәr