Tarixdə bu gün: 26 fevral

Tarixin bu günü harada nələr baş verib, kimlər olub, qısaca nəzər salaq.

1364745
Tarixdə bu gün: 26 fevral

***

  1992-ci il fevralın 25-dən 26-sına keçən gecə erməni silahlı birləşmələri Azərbaycan Respublikası Qarabağ Muxtar Vilayətinin Xankəndi şəhərində yerləşən Rusiyanın 366-cı motoatıcı alayının zirehli texnikası və hərbi heyətinin köməyi ilə Xocalı şəhərini işğal etdi, azərbaycanlılara qarşı kütləvi qırğın törətdi. Bu faciə Azərbaycan xalqına qarşı dəhşətli soyqırım olaraq tarixə düşdü.

  Dinc əhaliyə qarşı qırğınlarda 106-sı qadın, 83-ü uşaq olmaqla 613 Azərbaycan türkü öldürüldü, 487-i ağır yaralandı, 1275-i girov götürüldü, 150 nəfərsə itkin düşdü.

  Cənazələr üzərində aparılan ekspertizaya görə adamlar işgəncə ilə öldürülüb: gözləri oyulub, başları kəsilib və yandırılıb.

  İnsan Haqları Təşkialtı (Human Rights Watch) Xocalı soyqırımını “Qarabağ müharibəsində baş verən ən böyük qırğın” adlandırıb.

***

  26 fevral 1925-ci ildə Türkiyədə "Tütün rejimi” ləğv edildi. Bu, nə idi?

  Krım müharibəsilə birlikdə süqut edən Osmanlı imperiyası borclarını verə bilməyəcəyini elan etdi. Borç və vergiləri toplamaq üçün xarici üç bank bir qrup yaratdı. “Tütün rejimi“ adı verilən bu qrup ölkədə istehsal olunan tütünü öz təyin etdiyi qiymətə almağa başladı. Kəndli öz tütününü özü belə çəkə bilmirdi. Tütündən başqa, duz və qəhvədən gələn vergiləri də bu qrup toplayırdı.

  “Tütün rejimi” öz bazasında silahlı qolçomaqlar yaradaraq istehsalçıya əziyyət verirdi. Bu səbəbdən 42 il davam edən bu müddət ərzində 20.000-ə yaxın insan həyatını itirdi.

  Qurulan gənc Türkiyə Cümhuriyyəti bu monopoliyaya son qoymaq üçün əvvəlcə 26 fevral 1925-ci il tarixində "Tütün rejimi"ni ləğv etdi, sonra 1 martdan tütün istehsalını ölkənin birbaşa nəzarətinə keçirdi.

***

  1926-cı ilin 26 fevralı Sovet dövründə Azərbaycanın paytaxtı Bakıda I Türkoloji Qurultay keçirildi.

***

  2017-ci ilin 26 fevralında Los Ancelesdə təşkil edilən 89-cu Oskar (Oscar) Müküfatı Mərasimində bir ilk yaşandı. “Ən yaxşı film” mükafatını qazanan “Moonlight” filminin aktyoru Maherşala ƏliƏn yaxşı ikinci dərəcəli rol aktyoru” mükafatının sahibi oldu.

  M.Əli Oskar qazanan ilk müsəlman aktyor olaraq tarixə düşdü.  

***

26 fevralda həm də bu tarixi şəxsiyyətlər xatırlanır.

  1802-ci ilin bu günü romantizm cərəyanının görkəmli nümayəndəsi, Fransa yazıçısı Viktor Hüqo (Victor Marie Hugoanadan olub.

  V.Hüqonun “Səfillər”, “93-cü il”, “Paris Notrdam kilsəsi”, “Gülən adam” romanları, “Mariya Tüdor”, “Kromvel” pyesləri və digər əsərləri dünya ədəbiyyatının ən gözəl nümunələri sırasındadır. (1802-1885)

***

  26 fevral görkəmli Azərbaycan şairi Əli Tudənin xatirə günüdür.

  Hələ 13 yaşından onun şeirləri almanaxlarda, qəzetlərdə çap olunmağa başlayıb.

  Cənubi Azərbaycanda Milli Hökumət qurularkən Maarif Nazirliyində Təhsil şöbəsinin müdiri işləyən Əli Tudənin ana dilində kitabların tərtib və çap edilməsində böyük rolu olub.

  İran tarixində ilk dəfə yaradılan filarmoniyanın - Təbriz filarmoniyasının əsasını qoyub. Milli hökumətin ən ali mükafatına – “21 Azər” medalına layiq görülüb.

  Bakıya köçəndən sonra da ədəbi fəaliyyətini davam etdirən Əli Tudənin 40-a yaxın kitabı nəşr olunub. (1924-1996)



Әlaqәli Xәbәrlәr