Tarixdə bu gün: 24 fevral

24 fevral təqvim günündə baş verən əlamətdar hadisələrdən bir qismi.

1364806
Tarixdə bu gün: 24 fevral

24 fevral 1525-ci ildə Fransa və İspaniya İmperiya ordusu arasında “Pavia müharibəsi” baş verib. Müharibədə məğlub olan Fransa Kralı I Fransua müqəddəs Roma Germen İmperatoru Şarlkenə əsir düşüb. Oğlunun əsir düşdüyünü öyrənən Ana kraliça Louis Qanuni Sultan Süleymana məktub göndərərək yardım istəyib. Qanuninin bu tələbi qəbul etməsi qarşısında isə Osmanlı ordusu ilə Şarlkenin qüvvələri 29 avqust 1526-cı ildə Mohaç müharibəsində qarşı-qarşıya gəlib. Mohaç müharibəsi Osmanlının qələbəsilə sona çatıb, imzalanan sülh müqaviləsi ilə Kral Fransua sərbəst buraxılıb.

24 fevral 1942ci ildə nasislərdən qaçan Rumıniya  yəhudilərini daşıyan “Sturma” gəmisi Qara dənizdə batırıldı. 1960-cı illərdə Sovet arxivlərindən çıxan sənədlər “Struma”nı bir Sovet sualtı gəmisinin torpedo ilə batırdığını ortaya qoydu. Hadisədə gəmidə olan 103-ü uşaq 768 nəfər həyatını itirdi.

24 fevral 1954-cü ildə Tunay çayının Qara dənizə, ordan da İstanbul boğazına enən buz kütlələri, təbəqələr halında bütün boğazı örtdü; dənizdə yol hərəkəti dayandı.

24 fevral 1955-ci ildə Türkiyə ilə İraq arasında Qarşılıqlı Əməkdaşlıq (CENTO) müqaviləsi imzalandı. Daha sonra İngiltərə, İran və Pakistan CENTO üzvü oldu. üzvü oldu.

24 fevral 1991-ci ildə ABŞ Birinci Körfəz müharibəsinin qurudakı hərəkatına start verdi. Gecə yarasından etibarən ABŞ əsgərləri Səudiyyə Ərəbistanından İraq torpaqlarına girdilər.



Әlaqәli Xәbәrlәr