Tarixdə bu gün: 9 fevral

Tarixin bu günü harada nələr baş verib, kimlər olub, qısaca nəzər salaq.

1352977
Tarixdə bu gün: 9 fevral

***

  9 fevral 1788-ci ildə Avstriya Osmanlı - Rusiya Müharibəsinə (1787-1792) daxil oldu. Avstriyanın Rusiyanın tərəfinə müharibəyə qoşulması Osmanlı dövlətini ağır məğlubiyyətə uğratdı.

***

  1795-ci ildə Türkiyənin Hacıbəy limanının adı Odessa olaraq dəyişdirilib.

  Bu liman və yaşayış məskəninin adı ilk dəfə 15-ci əsrə dair sənədlərdə çəkilir. 18-ci əsrin 60-cı illərində osmanlılar orada qala inşa ediblər. 1787-1791-ci illər Rusiya-Osmanlı Müharibəsi zamanı isə ruslar həmin qalanı ələ keçiriblər. 

***

  1924-cü il fevralın 9-да Azərbaycan SSR-in tərkibində Naxçıvan Muxtar Sovet Sosialit Respublikası təşkil olundu. Azərbaycan ərazilərinin zorla Ermənistana verilməsi ilə Naxçıvanın muxtar respublikaya çevrilməsi onu ölkənin əsas ərazilərindən tam təcrid etdi. Sovet rejiminin həmin zorakılıq siyasətinin acı nəticələri SSRİ dağıldıqdan və müttəfiq respublikalar müstəqilliklərini bərpa etdikdən sonra özünü daha qabarıq şəkildə göstərməyə başladı. Naxçıvan tam blokada şəraitində erməni təcavüzünə qarşı mübarizə aparmalı oldu. 

***

 

 

 

 

  1934-cü il 9 fevralda Afinada Türkiyə, Yunanıstan, Yuqoslaviya və Rumıniya nümayəndə heyətləri arasında Balkan Paktı - Antanta imzalandı. Sərhədlərin qarşılıqlı təhlükəsizliyinə dair öhdəliklərdən ibarət olan bu sənəd Avropada get-gedə yüksələn siyasi gərginliyə, xüsusən faşist Almaniyasının yaxınlaşmasına qarşı bağlanmışdı.

 

 

 

 

 

***

  1968-ci ilin 9 fevralında Türkiyədə ilk qadın yol polisi vəzifəyə başladı.

  İstanbul Eminönü Meydanında polis maşınını idarə edən Fikriye Yavuz Türkiyənin ilk qadın yol polisi idi.

***

  TRT 1975-ci il 9 fevralda “Eurovision” Mahnı Yarışının final üçün hazırlanan Semiha Yankının oxuduğu "Səninlə bir dəqiqə" və “Cici kızlar” qrupunun "Delisin" mahnılarını paylaşdı. Atılan püşk nəticəsində Semiha Yankı Türkiyəni “Eurovision” Mahnı Yarışında təmsiletmə haqqını qazandı.

***

 

 

 

 

 

  1987-ci ilin 9 fevralında Dünya Səhiyyə Təşkilatı bu tarixi tütün məhsulları ilə mübarizə daxilində Siqareti Atma Günü elan etdi.  

 

 

 

 

 

 

***

9 fevralda həm də bu tarixi şəxsiyyət xatırlanır.

  Şərqin dahi mütəfəkkiri və şairi Əlişir Nəvai 1441-ci ilin bu günü indiki Əfqanıstan ərazisindəki Herat şəhərində anadan olub. Kiçik yaşlarından özbək və fars dillərində şeirlər yazıb.

  1468-ci ildə məktəb yoldaşı Hüseyn Baykara hakimiyyətə gəldikdən sonra 27 yaşlı Nəvaini saraya dəvət etdi. 4 il sonra (1472) vəzir rütbəsi alan şair həm də əmir tituluna sahib oldu.

  Öz hesabına mədrəsə və xəstəxanalar açdıran, yollar çəkdirən, körpülər saldıran Nəvai yaradıcılığının zirvəsi Azərbaycanın dahi şairi Nizami Gəncəviyə nəzirə olaraq özbək dilində yazdığı “Xəmsə” sayılır. (1441-1501)

***



Әlaqәli Xәbәrlәr