Tarixdə bu gün: 2 fevral

Tarixin bu günü harada nələr baş verib, kimlər xatırlanır? Qısaca nəzər salaq.

1350316
Tarixdə bu gün: 2 fevral

*** 

  1918-ci ilin 2 fevral tarixində Rusiya Xalq Komissarları Soveti kilsənin dövlətdən və məktəbdən ayrılması haqqında dekret qəbul etdi. Ölkədə zorakılıqla ateistləşdirmə aksiyası başlandı: din xadimləri və ruhanilərə kütləvi şəkildə divan tutuldu, kilsələr dağıdıldı.

  1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyətini devirən sovetlər Bakıda Bibi Heybət məscidini partladaraq dağıtdı. Hazırda həmin məscid bərpa olunub. 

***

 

 

 

 

  4 il boyu bir qəzetdə ardıcıl olaraq nəşr edilən Ceyms Coysun (James Joyce) məşhur “Ulis” (Ulysses) əsəri yazıçının ad günündə - 1922-ci ilin 2 fevralında kitab halında işıq üzü gördü.

 

 

 

***

  İkinci Dünya Müharibəsinin gedişində Stalinqrad (Volqoqrad) döyüşü 1942-ci ilin bu günü başa çatdı. Həmin döyüşdə Azərbaycanın igid oğlu, tank qoşunları polkovniki Həzi Aslanovun başçılıq etdiyi batareya xüsusi fərqləndi. Bu tarixi qələbə nəticəsində sovet əsgərləri feldmarşal Paulyus başda olmaqla 94 min alman əsgər və zabitini əsir götürdülər. 

  Məhz bu döyüşdən sonra H.Aslanova general-mayor rütbəsi və Sovet İttifaqı Qəhrəmanı adı verildi.

***

 

  2 fevral 1982-ci ildə Suriyada Hama qırğını yaşandı.

  Çevrilişlə hakimiyyəti ələ keçirən Hafiz Əsədə qarşı Hama şəhərində qiyam çıxdı. Üsyanı basdırmaq üçün Suriya ordusunu göndərən Hafiz şəhərin günlərlə bombalanması əmrini verdi. Bombardmanlardan sonra tanklarla şəhərə girən Suriya ordusu dağılmış binaların içində gizlənənləri çıxartmaq üçün zəhərli qazdan istifadə etməkdən belə çəkinmədi.

  Beynəlxalq Əfv Təşkilatı Hama qırğınında 10 - 25 min arası adamın öldürüldüyünü, qeyri-rəsmi müşahidəçilər isə bu rəqəmin 40 minə yaxın olduğunu bildirirlər.

 

***

 

 

 

  1990-cı ilin 2 fevralında Cənubi Afrikanın dövlət başçısı Da Klerk Afrika Milli Konqresində qoyulan 30 illik qadağanı aradan qaldırdı: aralarında Nelson Mandelanın da olduğu siyasi məhkumları ən qısa müddətdə sərbəst buraxacaqlarını açıqladı.

 

 

 

 

 

***

  1996-cı il 2 fevral tarixində Bakıda Azərbaycan Gənclərinin I Forumu keçirildi.

  1997-ci il fevralın 1-də ölkənin üçüncü prezidenti Heydər Əliyev 2 fevral tarixinin Azərbaycan Gəncləri Günü elan edilməsi haqqında sərəncam imzaladı.      

***

2 fevralda həm də bu tarixi şəxsiyyət xatırlanır.

  Azərbaycanın görkəmli ictimai xadimi, publisist və tərcüməçi Ceyhun Hacıbəyli 1891-ci ilin bu günü anadan olub.

  Milyonçu Murtuza Muxtarovun maddi köməyilə Sankt-Peterburq Universitetinin Hüquqşünaslıq şöbəsinə daxil olan, 1 ildən sonra Fransanın Sorbonna Universitetində təhsilini davam etdirən Ceyhun mətbuatda məqalələrlə çıxıb, “Azərbaycan” qəzetinin baş redaktoru olub, Şərqdə ilk milli operanın – “Leyli və Məcnun”un yaradılmasında qardaşı Üzeyir Hacıbəyovla birgə çalışıb.

  Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından biri olan Ceyhun Hacıbəyli 1920-ci il 28 Aprel işğalından sonra mühacirətə gedib. Fransada Parisdə yaşadığı illərdə Azərbaycanla bağlı publisistik məqalələr dərc etdirib. 1962-ci ildə dünyasını dəyişib və Parisdə dəfn olunub. (1891-1962)

***



Әlaqәli Xәbәrlәr