Tarixdə bu gün: 30 dekabr

Tarixin bu günü harada nələr baş verib, kimlər xatırlanır?

1330761
Tarixdə bu gün: 30 dekabr

30 dekabr 1517-ci ildə üç səmavi dinin də müqəddəs qəbul etdiyi Qüds şəhəri Yavuz Sultan Səlim tərəfindən fəth edildi. 1917-ci ilədək Osmanlı hakimiyyətində qalan Qüdsdə 400 il davam edəcək “Dinclik və Sülh” dövrü başlandı.

***

30 dekabr 1903-cü ildə ABŞ-ın Şikaqo şəhərində teatrlardan birində baş verən yanğında 600-ə yaxın adam həyatını itirdi.

***

30 dekabr 1916-cı ildə Rusiyada Çarlıq ailəsini nüfuzuna daxil etdiyi irəli sürülən Grigori Yefimoviç Rasputin Sankt-Peterburqdakı Yusupov sarayında rus zadəganlar tərəfindən öldürüldü.

***

30 dekabr 1922-ci ildə Sovet Sosialist Respublikaları İttifaqı (SSRİ) yaranıb (1922-1991). SSRİ əsasən indiki MDB dövlətlərinin ərazisində mövcud olub. Ümumilikdə dünyanın altıda bir hissəsi SSRİ-nin payına düşüb, əhalisinin sayına görə isə dünyada üçüncü yerdə olub. Altmış doqquz il mövcud olmuş SSRİ 1991-ci ildə dağılıb.

***

30 dekabr 1997-ci ildə Əlcəzairdə hökumət əleyhinə radikal silahlı bir təşkilat 4 kənddə qətliam həyata keçirdi; 412 nəfər öldürüldü.

***

30 dekabr 2006-cı ildə İraqın ABŞ tərəfindən işğalından sonra anadan olduğu yer Tikrit yaxınlığında yaxalanan dövlət başçısı Səddam Hüseyn edam olundu.



Әlaqәli Xәbәrlәr