Tarixdə bu gün: 2 dekabr

Tarixin bu günü harada nələr baş verib, kimlər xatırlanır? Qısaca nəzər salaq.

1314900
Tarixdə bu gün: 2 dekabr

2 dekabr 1804-cü ildə Napolyon Bonapart Parisdə Papanın iştirak etdiyi mərasimdə imperatorluq tacını geyindi.

***

2 dekabr 1873-cü ildə Osmanlı imperiyasının ilk birjası sayılan “Dersadet Təhvil Birjası” mərasimlə xidmətə açıldı.

***

2 dekabr 1888-ci ildə 1872-ci ildə qələmə aldığı 4 hissədən ibarət teatr oyunu “Vətən yaxud Silitrə” ilə tanınmış yazıçı və şair Namıq Kamal Sakız adasında 48 yaşında dünyasını dəyişdi.

***

2 dekabr 1920-ci ildə Türkiyə Böyük Millət Məclisi (TBMM) hökuməti ilə Ermənistan arasında Gömrü razılaşması imzalandı. TBMM-nin beynəlxalq sahədə imzaladığı ilk saziş Gömrü razılaşması qüvvəyə minmədi, ancaq bu razılaşmanın əsas təşkil etdiyi Moskva və Qars müqavilələri ilə Türkiyənin şərq sərhədləri dəqiqləşdi.

***

2 dekabr 1942-ci ildə ABŞ-lı elm adamları ilk nəzarət edilən zəncir atom reaksiyası reallaşdırdı. Bu fəaliyyət atom bombasının quruluşunun əsasını təşkil etdi.

***

2 dekabr 1956-cı ildə Fidel Kastro Granma yaxtı ilə Kubaya addım atdı. 5 ildən sonra eyni gün Kastro özünü Kubanı komunizmə aparacaq lider olaraq elan etdi.

***

2 dekabr 1982-ci ildə Dr. Robert Jarvik tərəfindən inkişaf etdirilən süni ürək Barney Klark adlı xəstəyə yerləşdirildi. Klark 112 gün yaşaya bildi.

***

2 dekabr 1993-cü ildə həyatı filmlərə mövzu olan kolumbiyalı narkotik imperatoru Pablo Eskobar Medellin şəhərində təhlükəsizliq qüvvələri ilə atışma zamanı öldürüldü.



Әlaqәli Xәbәrlәr