Tarixdə bu gün: 20 noyabr

Tarixin bu günü harada nələr baş verib, kimlər xatırlanır? Qısaca nəzər salaq.

1308419
Tarixdə bu gün: 20 noyabr

***

  1821-ci ilin bu günü Panama ilə Amerika Birləşmiş Ştatları arasında müddətsiz müqavilə imzalandı. Bundan 2 gün sonra İspaniya “Kolumbiya krallığı” tərkibinə daxil olan Panama üzərində nəzarətini itirdi. Beləliklə, Mərkəzi Amerikanın daha bir dövləti müstəmləkə əsarətindən xilas olaraq müstəqillik qazandı. 

***

  20 noyabr 1922-ci ildə İsveçrənin Lozan şəhərində Türkiyəni respublika olmağa aparacaq və dünyada yeni yer tutmasını təmin edəcək Lozan Sülh Konfransının rəsmi açılışı oldu.

  Konfransda Türkiyəni ölkənin xarici işlər naziri İsmət İnönü təmsil edirdi.

***

  1938-ci ilin 10 noyabrında İstanbulda həyata gözlərini yuman Mustafa Kamal Atatürkün cənazəsi ayın 20-də Ankaraya çatdı və ankaralıların da vidalaşması üçün tabutu Türkiyə Böyük Millət Məclisi önündə qoyuldu.

***

  İkinci Dünya müharibəsindən sonra - 1945-ci il 10 noyabrda Almaniyanın Nürnberq şəhərində yüksək rütbəli nasist məmurları haqqında müharibə cinayətlərilə bağlı məhkəmə prosesi başladı.

  Dünya tarixinə “Nürnberq məhkəməsi” kimi daxil olan həmin məhkəmə müttəhimlərdən bir qismini ölümə, digərlərini  isə ömürlük həbs cəzasına məhkum etdi. 

***

  20 noyabr Uşaq Hüquqlarını Müdafiə Günüdür.

  1989-cu ilin bu günü BMT-də “Uşaq hüquqları haqqında konvensiya” qəbul olundu. Bu sənədə əsasən uşaq hüquqlarının müdafiəsi, onların sağlamlığı və qida ilə təminatında üzv dövlətlər bir-birinə qarşılıqlı yardım etməlidir. Konvensiyaya uşaqların münaqişələrdə iştirakına yol verməmək, onların hüquqlarını müdafiə etmək barədə də maddə qəbul olunub.  

  Hazırda 190-dan çox dövlət bu konvensiyanın üzvüdür.  

  Azərbaycan parlamenti “Uşaq hüquqları haqqında konvensiya”nı 1992-ci ildə patifikasiya etdi. Bu, uşaq hüquqlarının həm ölkə daxilində, həm də beynəlxalq aləmdə tanınması və qorunması deməkdir.

  Düz 30 il sonra – 2009-cu ilin elə 20 noyabrında BMT üzvləri arasında Uşaq Haqları Müqaviləsi imzalandı.                                                                                                                                                                            ***

  20 noyabr 1962-ci ildə Amerika Birləşmiş Ştatları Kubaya "Mərmi böhranı" adı ilə başladığı hərbi mühasirəsinə son qoydu.

***

  Müstəqil Azərbaycanın tarixində ən faciəli günlərdən biri 1991-ci il noyabrın 20-də baş verdi: həmin gün Azərbaycanın dövlət xadimləri və ziyalılarını Xocavəndə aparan “Mi-8” hərbi vertolyotu Ağdam yaxınlığındakı Qarakənd səmasında erməni ekstremistləri tərəfindən atəşə tutuldu və qəzaya uğradı. Nəticədə vertolyotda olan 22 nəfərin hamısı həlak oldu.

  Onların arasında Azərbaycanın daxili işlər naziri, baş prokuroru, dövlət katibi, onun köməkçisi, SSRİ Ali Sovetinin deputatları, Prezident Aparatının şöbə müdiri, Şuşa şəhər İcra Hakimiyyətinin başçısı, Rusiya və Qazaxıstan hərbi müşahidəçiləri və jurnalistlər var idi.  

***

  20 noyabr 1994-cü ildə İstanbulda təşkil edilən Beynəlxalq Ağırlıq Qaldırma Çempionatında Türkiyə millisi Naim Süleymanoğlu 5-ci dəfə dünya rekordu qırdı və 3 qızıl medal qazandı.

***

  1998-ci ilin 20 noyabrında Rusiyadan qaçıb İtaliyaya girərkən tutulan PKK başçısı Abdullah Öcalan İtaliya tərəfindən azad edildi.  

***

  20 noyabr Ümumdünya Fəlsəfə Günüdür.

  UNESCO-nun qərarı ilə 70-dən çox ölkədə 2002-ci ildən qeyd olunan bu bayram fəlsəfənin həyatın intellektual və humanitar sahələrdə oynadığı əvəzolunmaz rolunu vurğulamaq məqsədi daşıyır.

***

  20 noyabr 2003-cü ildə “Əl-Qaidə” terrorçuları İstanbulda olan HSBC Bankının Baş İdarəsi və Beyoğlundakı İngiltərə Konsulluğuna eyni zamanda bombalı hücumlar təşkil etdilər. Hücumlarda 30 nəfər həyatını itirdi, 400-dən çox adam yaralandı.

***

20 noyabrda həm də tarixdə bu adamlar olub.

  1910-cu ilin bu günü "Hərb və sülh", "Anna Karenina" kimi məşhur romanların müəllifi, dünyaşöhrətli yazıçı Lev Tolstoy həyatdan köçüb. (1828 - 1910)

***

  Görkəmli Azərbaycan alimi, professor, tənqidçi və publisist Qulu Xəlilov 1930-cu ilin 20 noyabrında anadan olub.

  Uzun illər Bakı Dövlət Universitetində dərs deyən, 20-dən artıq kitabın müəllifi Qulu Xəlilovun publisistika, ədəbi tənqid, mətbuat tarixi və digər mövzularda yaratdığı elmi əsərlər, monoqrafiyalar bu gün də Azərbaycanda filologiya və jurnalistika fakültələrinin tələbələri üçün qiymətli dərs vəsaitləridir. (1930-1995)

***

  Vətəndaş müharibəsindən sonra hakimiyyəti əlinə keçirən, İspaniyanı 36 il boyu diktatorluqla idarə edən general Fransisko Franko 1975-ci ilin 20 noyabrında paytaxt Madriddə ölüb. (1892 – 1975)

***

  Bu gün Azərbaycanın görkəmli ədəbiyyatşünası, akademik Həmid Araslının xatirə günüdür.  

  Uzun illər boyu elmi tədqiqatla məşğul olan H.Araslı orta və ali məktəblər üçün çox sayda dəslik hazırlayıb, ali məktəblərdə dərs deyib, “Kitabi Dədə Qorqud”, “Koroğlu” dastanları, aşıq ədəbiyyatı, Xaqani, Nizami, Nəsimi, Saib Təbrizi, M.F.Axundov, M.Ə.Sabir və başqa görkəmli şəxsiyyətlər haqqında kitablar yazıb. O, həm də Türkiyə Dil Qurumunun fəxri üzvü, İraq Akademiyasının fəxri akademiki, İslam Mədəniyyətini Qoruyan Kral Cəmiyyətinin müxbir üzvü olub. (1909-1983)

***



Әlaqәli Xәbәrlәr