Tarixdә bu gün: 5 noyabr
Tarixin bu günü harada nәlәr baş verib, kimlәr xatırlanır? Qısaca nәzәr salaq.
Tarixin bu günü harada nәlәr baş verib, kimlәr xatırlanır? Qısaca nәzәr salaq.
1605-ci ilin 5 noyabr tarixindә İngiltәrәdә Kral I Cayms vә protestant әsilzadәlәri qәtlә yetirmәyi planlaşdıran Qay Favkes adlı şәxs saxlanılıb. Bu hadisә İngiltәrәnin siyasi tarixinә ‘‘Barıt sui-qәsdi’’ olaraq keçib.
***
1914-cü ilin 5 noyabr tarixindә İngiltәrә vә Fransa Rusiyadan sonra Osmanlı İmperiyasına müharibә elan edib.İngiltәrә hәmçinin 1878-ci ildә Kipri İlhaq edib.
***
1922-ci ilin 5 noyabr tarixindә İsmәt Paşa rәhbәrliyindәki TBMM nümayәndә heyәti Lozanna Sülh Konfransına qatılmaq üçün İsveçrәyә sәfәr edib.
***
1986-cı ilin 5 noyabr tarixindә İstanbulda 1941-ci ildә baş verәn yanğın nәticәsindә yanan İstanbul Pravoslav Kilsәsinin bәrpasına icazә verilib.
***
1991-ci ilin 5 noyabr tarixindә Filippindә baş verәn daşqınlar nәticәsindә tәxminәn 7 minәdәk adam hәlak olub.
***
2006-cı ilin 5 noyabr tarixindә 2-ci körfəz müharibəsindən sonra qaçan və Tikrit yaxınlığında saxlanılan İraqın devrilmiş lideri Səddam Hüseyn edam cәzasına mәhkum edilib.
Məhkəmə Səddam Hüseynin 1982-ci ildə Duceyl şəhərində 142 şiə iraqlıının qәtlә yetirilmәsinә görә mәsuliyyәt daşıdığını bildirib. Səddam Hüseyn mәhkәmәnin qәrarına әsasәn dekabrın 30-da Bağdadda edam edilib.
***
2006-cı ilin 5 noyabr tarixindә Türkiyәnin keçmiş baş nazirirlәrindәn olan Bülent Ecevit müalicә olunduğu GATA xәstәxanasında dünyasını dәyişib.
Әlaqәli Xәbәrlәr
Tarixdə bu gün: 1 may
Tarixin bu günü harada nələr baş verib, kimlər xatırlanır? Qısaca nəzər salaq.