Tarixdə bu gün: 9 oktyabr

Tarixin bu günü harada nələr baş verib, kimlər xatırlanır? Qısaca nəzər salaq.

1284043
Tarixdə bu gün: 9 oktyabr

9 oktyabr 1854-cü ildə Krım müharibəsində Osmanlı və müttəfiqlərinin Sevastopol mühasirəsinə start verildi.

***

9 oktyabr 1944-cü ildə Türkiyənin banisi Mustafa Kamal Atatürkün əbədi istirahətgahı olacaq Anıtqəbirin təməli təşkil edilən mərasimlə qoyuldu.

***

9 oktyabr 1944-cü ildə İngiltərə, Çin, ABŞ və Sovet İttifaqı BMT-nin qurulacağını açıqladılar.

***

9 oktyabr 1963-cü ildə İtaliyanın şimalında baş verən  sel fəlakətində 2 mindən çox insan həlak oldu.

***

2004-cü ilin 9 oktyabr tarixində Türk Hava Qurumu tərəfindən təşkil edilən hava oyunlarında 433.5 kvadratmetrlik böyüklüyündəki bayraqla tullanan paraşütçü Xaqan Zəngin Ginnesin Rekordlar Kitabına düşdü.

***

9 oktyabr 2016-cı ildə Hakkaridə polis mərkəzinə PKK-lı terrorçular tərəfindən minalanmış maşınla edilən hücum nəticəsində 10 əsgər şəhid oldu, 8 dinc vətəndaş həyatını itirdi.

***

9 oktyabr 2017-ci ildə Avropa Amputant Futbol Çempionatı finalında İngiltərəni 2-1 hesabı ilə məğlub edən Türkiyə Milli Komandası Avropa çempionu oldu.

 



Әlaqәli Xәbәrlәr