Tarixdə bu gün: 7 oktyabr

Tarixin bu günü harada nələr baş verib, kimlər xatırlanır? Qısaca nəzər salaq.

1281282
Tarixdə bu gün: 7 oktyabr

7 oktyabr 1337-ci ildə İngiltərə kralı 3-cü Edvırdın Fransa taxtı üçün haqq iddia etməsilə 116 il davam edəcək Yüz İl Müharibələri başlandı.

***

7 oktyabr 1737-ci ildə baş verən zəlzələnin səbəb olduğu dalğalar Hindistanda 300 min nəfərin həlakına gətirib çıxardı.

***

7 oktyabr 1849 şair və hekayə yazıçısı Edgar Allan Poe ABŞ-da 40 yaşında öldü.

***

7 oktyabr 1926-cı ildə İtaliyada Benito Mussolini başçılığındakı Faşist Partiyası dövlət partiyası olduğunu açıqladı, bütün müxalifət partiyaları qadağan olundu.

***

7 oktyabr 1950-ci ildə Çin Tibeti işğal etməyə başladı.

 

1963-cü ilin 7 oktyabr günü “Flora” qasırğası Haiti və Dominikan Cümhuriyyətində təsirli oldu, 7 min insan həyatını itirdi.

***

7 oktyabr 1975-ci ildə Achille Lauro adlı sərnişin gəmisi Filistinli silahlılar tərəfindən oğurlandı. 10 ildən sonra Amerika döyüş təyyarələri dəniz quldurlarını da daşıyan Misir təyyarəsini Sicilyadakı NATO bazasına təzyiqlə endirdi, dəniz quldurları saxlanıldı.

***

7 oktyabr 1991-ci ildə 17 Noyabr Terror Təşkilatı Türkiyənin Afina səfirliyi mətbuat attaşəsinin müavini Çətin Görgünü şəhid etdi.

***

7 oktyabr 2001-ci ildə ABŞ “Terrorla mübarizə” adı altında Əfqanıstanı bombalamağa başladı.

***

7 oktyabr 2002-ci ildə İsrail hərbi dəstələrinin Qəzzadakı Xan Yunisə etdiyi hücumda 14 fələstinli öldü, 110 nəfər isə yaralandı.

***

2015-ci ilin 7 oktyabr tarixində Prof. Dr. Əziz Sancar Nobel Kimya mükafatına layiq görülən ilk Türk oldu.



Әlaqәli Xәbәrlәr