Tarixdə bu gün: 27 sentyabr

Tarixin bu günü harada nələr baş verib, kimlər xatırlanır? Qısaca nəzər salaq.

1276445
Tarixdə bu gün: 27 sentyabr

27 sentyabr 1529-cu ildə Osmanlı imperiyası Vyana qapılarına gəlib çıxdı. Qanuni Sultan Süleymanın komandirliyindəki Osmanlı ordusu I Vyana mühasirəsini başlatdı.

***

27 sentyabr 1590-cı ildə Papa 7-ci Urbanus seçildikdən 13 gün sonra tac geyinmə mərasimini belə görmədən dünyasını dəyişdi. Urbanus tarixdə ən qısa müddət bu vəzifədə olan papadır.

***

27 sentyabr 1917-ci ildə rəsm sənətində “impressionism” cərəyanının banilərindən sayılan fransız rəssam Edgar Degas Parisdə öldü.

***

1922-ci ilin 27 sentyabr tarixində Anadolunu işğal etmək üçün Türk ordusuna qarşı başlatdığı müharibədə məğlub olan yunan kralı I Konstantin taxtını tərk etdi. Konstantinin yerinə oğlu Yorqos Yunanıstan kralı oldu.

***

27 sentyabr 1961-ci ildə Suriyada hərbi çevriliş oldu. Çevriliş hakimiyyəti Misir və Suriya Baas partiyalarının qurduğu Birləşmiş Ərəb Cümhuriyyətindən ayrıldıqlarını açıqladı.

***

27 sentyabr 1971-ci ildə Türkiyə-İran dəmir yolu xətti Van şəhərində keçirilən mərasimlə xidmətə açıldı. Açılışı Türkiyə prezidenti Cevdet Sunay ilə İran şahı Pəhləvi etdi.

***

27 sentaybr 1998-ci ildə “Google” axtarış sistemi istifadəyə verildi.

***

27 sentaybr 2013-cü ildə Türk kino və teatr oyunçusu Tuncel Kurtiz rəhmətə getdi. 



Әlaqәli Xәbәrlәr