Tarixdə bu gün: 9 iyul

09 iyul 1952-ci ildə Türkiyədə ilk televiziya verilişləri İstanbul Texniki Universiteti tərəfindən yayımlandı.

1232256
Tarixdə bu gün: 9 iyul

09 iyul 1816-cı ildə Argentinada İspaniya hökmranlığına son qoyuldu və ölkə  müstəqilliyini qazandı.

 

09 iyul 1901-ci il yazdığı romantik romanların sayı beş yüzü keçən İngiltərənin qadın yazıçısı Barbara Kartlendin (Barbara Cartland) doğum günüdür.

 

09 iyul 1932- ci ildə Türkiyə Millətlər Cəmiyyətinə üzv oldu.

 

09 iyul 1944-cü ildə II Dünya üharibəsində amerikalılar Yaponiyaya aid Saipan adasını ələ keçirdilər.

 

09 iyul 1952-ci ildə Türkiyədə ilk televiziya verilişləri İstanbul Texniki Universiteti tərəfindən yayımlandı.

 

09 iyul 1967-ci ildə İstanbulda keçirilən 24-cü Sərbəst Güləş üzrə Avropa Çempionatında Türkiyə Milli Komandası Avropa çempionu oldu.

 

09 iyul 1991-ci ildə Cənubi Afrika 30 illik fasilədən sonra yenidən olimpiadalara  qəbul edildi.

 

09 iyul 2006-cı ildə FİFA Dünya Kubokunu Berlində Fransanı  5-4 hesabı ilə məğlub edən İtaliya qazandı.

 

Hörmətli dinləyicilər, sabah tarixin növbəti gününə aid əlamətdar hadisələrdən bəhs etmək diləyi ilə sizdən ayrılırıq.

 

 



Әlaqәli Xәbәrlәr