Tarixdə bu gün: 2 iyul

Tarixin bu günü harada nələr baş verib, kimlər xatırlanır? Qısaca nəzər salaq.

1228592
Tarixdə bu gün: 2 iyul

***

  1900-cü ilin 2 iyul tarixində alman alimi Ferdinand fon Zeppelinin ixtira etdiyi hava vasitəsi - dirijablı uğurla testdən keçdi və ona "Zeplin" adı verildi.

***

  1962-ci il 2 iyulda Afrikanın cənubundakı Ruanda və Burundi xalqları öz müstəqiliklərini elan etdilər. Amma əhalisi oxşar etnik tərkibə malik bu ölkələr müstəqillik qazandıqdan sonra da uzun müddət silahlı qarşıdurma şəraitində yaşadılar. Belə ki, Ruanda qırğını 20-ci əsrdə bəşəriyyətin üzləşdiyi ən faciəvi soyqırımlardan biri olaraq tarixə düşdü.   

***

  2 iyul 1964-cü ildə Amerika Birləşmiş Ştatlarının prezidenti Lindon Conson (Lyndon Johnson) irqi ayrı-seçkiliyə son qoyan Mülki Hüquqlar Haqqında Qanunu imzaladı.

***

  1982-ci ildə ilin bu günü 4 erməni terrorçusu Türkiyənin Hollandiyanın paytaxtı Amsterdamdakı baş konsulu Kəmaləddin Demirelə qarşı sui-qəsd törətdi. Hadisə nəticəsində türk diplomatı zərər çəkmədi. Terror aktına görə məsuliyyəti özünü “Ermənistanın qırmızı ordusu” adlandıran qruplaşma üzərinə götürdü.

*** 

  1986-cı il 2 iyulda Meksikada keçirilən Futbol üzrə Dünya Çempionatında Argentina çempion oldu.

***

  2 iyul 1991-ci ildə Praqada “Dostluq, əməkdaşlıq və qarşılıqlı yardım haqqında Varşava müqaviləsi”nin dayandırılması ilə bağlı protokol imzalandı və bununla da Avropada sosializm sisteminin dayağı aradan qaldırıldı.

***

2 iyulda həm də bu tarixi şəxsiyyətlər xatırlanır.

  1566-cı ilin bu günü məşhur fransız astroloqu və kahini Nostradamus dünyadan köçüb. (1503-1566)

***

  Alman filosofu, riyaziyyatçısı və fiziki Vilhelm Leybnits 1646-cı ilin 2 iyulunda anadan olub.

  Branderburq Elmi Cəmiyyətinin təsisçisi və rəhbəri olmuş Vilhelmin tədqiqatları əsasən diferensial və inteqral hesablamanın dəqiqləşdirilməsilə bağlıdır. Alim bir müddət “Rusiyada iqtisadiyyatın və elmin tərəqqisi üçün layihə” üzərində də çalışıb. (1646-1716)

***

  Tanınmış Azərbaycan yazıçısı, ictimai və hərbi xadimi İsmayıl bəy Qutqaşınlı 1806-cı ilin bu günü dünyaya gəlib. 30 ildən artıq Rusiya ordusunda xidmət edib, general-mayor rütbəsinədək yüksəlib.

  Qasım bəy Zakir, M.F.Axundzadə və dövrün başqa tanınmış şair və ədiblərilə daim yaradıcılıq əlaqələri saxlayan İ.Qutqaşınlıya Varşavada fransız dilində nəşr etdirdiyi “Rəşid bəy və Səadət xanım” hekayəsi (1835) böyük şöhrət qazandırıb.

  1852-ci ildə Məkkə ziyarəti zamanı qeydə aldığı yazıları isə o, 15 il sonra (1967) “Səfərnamə” adı ilə çap etdirib. Həmin əsərdə Gəncə və Borçalı mahalı, Ərəbistanın şəhər və kəndlərinin təbiəti, əhalisi və təsərrüfatı haqqında məlumat verilib. (1806-1869)

***

  Azərbaycanın tanınmış hərbi xadimi, İkinci Dünya Müharibəsi illərində tank briqadasında döyüşmüş general Nüsrət Bağırov 1920-ci il 2 iyulda anadan olub. Göstərdiyi igidlik və qəhrəmanlığa görə 17 orden və medallarla təltif edilib.

  Müharibədən sonra Azərbaycan Daxili İşlər Nazirliyində çalışan, daha sonra “Dinamo” idman cəmiyyətinə rəhbərlik edən Nüsrət Bağırovun kütləvi bədən tərbiyəsi və idmanın inkişafı sahəsində xidmətləri əvəzsizdir. (1920-1996)

***

  Konqo İstiqlal Hərəkatının lideri və Demokratik Konqo Respublikasının ilk baş naziri Patrik Lumumba 1925-ci ilin bu günü anadan olub. (1925-1961)

***



Әlaqәli Xәbәrlәr