Tarixdə bu gün: 14 may

Tarixin bu günü harada nələr baş verib, kimlər xatırlanır? Qısaca nəzər salaq.

1200224
Tarixdə bu gün: 14 may

 

  1796-ci il 14 mayda ingilis cərrah Edvard Cenner (Edward Jenner) ilk çiçək peyvəndini həyata keçirdi.

***

  1918-ci il mayın 14-də Osmanlı (Türkiyə) ədliyyə naziri və xarici işlər naziri vəzifələrini icra edən Xəlil Menteşe Bakı istiqamətində hərəkət edən ingilis ordusuna qarşı Osmanlı qoşunlarının Transqafqaza buraxılması haqqında Zaqafqaziya seyminə nota verdi.

  Eyni zamanda da Azərbaycan nümayəndələri Bakı Xalq Komissarları Sovet qoşunlarının Gəncə istiqamətində hərəkət etməsinin qarşısını almaq üçün türk qoşunlarının Tranqafqaz ərazisindən keçməsinə razılıq verilməsini tələb etdilər.

  O vaxt Batum konfransı nümayənsələri arasında fikir ayrılığı olmasına baxmayaraq, Türkiyə (Osmanlı) qoşun hissələri Transqafqaza daxil ola bildi. 

***

  Bu gün İsrail dövlətçiliyinin yaranmasını qeyd edir.

  1947-ci il noyabrın 29-da BMT Baş Assambleyasının qərarına əsasən, Böyük Britaniyanın mandatı altında olan Fələstin ərazisi iki müstəqil ölkəyə - ərəb və yəhudi dövlətlərinə parçalandı, Qüds isə BMT-nin idarəsi altında nüstəqil inzibati vahidə ayrıldı və şəhərə xüsusi beynəlxalq status verildi.

  İngilislərin Fələstin torpaqlarından çəkilməsindən sonra Tel-Əvivdə toplanan Yəhudi Milli Şurası 1948-ci il mayın 14-də müstəqil İsrail dövlətinin qurulduğunu elan etdi. Lakin fələstinlilər bununla razılaşmayaraq İsraillə silahlı mübarizəyə başladılar. Bu münaqişə indiyədək davam etməkdədir.

*** 

  1973-cü ilin 14 mayında ABŞ-ın ilk kosmos stansiyası “Skylab”dan fəzaya raket buraxıldı.

***

14 mayda həm də bu tarixi şəxsiyyətlər xatırlanır.

  XVIII-XIX əsr ingilis utopik sosialisti Robert Ouen (Robert Owen) 1771-ci ilin bu günü anadan olub.

  18-ci əsrin 90-cı illərindən ədəbi-fəlsəfi cəmiyyətə daxil olan Ouenin fikrinə görə, “əgər insan qüsurludursa, buna ilk növbədə yaşadığı mühit səbəbkardır”. Ona görə o, ilk növbədə cəmiyyətdə islahatlar aparılması ideyasını irəli sürürdü.

  Robert Ouenin təşəbbüsü ilə Amerika və Britaniyada təcrübi kommunist qurumları yaradılmışdı.

  1848-1849-cu il inqilabı məğlubiyyətə uğradıqdan sonra R.Ouen ruh düşkünlüyünə qapıldı. (1771-1858)

***

  Şahmat üzrə ilk dünya çempionu Vilhelm Steynits (Wilhelm (later William) Steinitz) 1836-cı ilin 14 mayında Praqada dünyaya gəlib.  

  47 (1883) yaşından Amerika Birləşmiş Ştatlarında yaşayan Vilhelm 3 il sonra - 1886-cı ildə dünya çempionu adı uğrunda həlledici matçda Tsukertorta qalib gələrək şahmat tacına sahib olub və bu adı üzərində 8 il daşıyıb. 

  O həm də şahmat oyununun bir sıra mövqelərini nəzəri cəhətdən əsaslandırıb.

  Vilhelm Steynits 1894-cü ildə dünya çempionu adı uğrunda növbəti yarışda Emmanuel Lakerə uduzub. (1836-1900)

***

  1987-ci il mayın 14-də dövrün əfsanəvi aktrisası Rita Heyvort (Rita Hayworth) Nyu-Yorkda həyatını itirib. (1918-1987)

***

  14 may 1998-ci ildə amerikalı məşhur müğənni və kino aktyoru Frank Sinatra dünyasını dəyişib.  

***



Әlaqәli Xәbәrlәr