Tarixdə bu gün: 8 may

Tarixin bu günü harada nələr baş verib, kimlər xatırlanır? Qısaca nəzər salaq.

1196765
Tarixdə bu gün: 8 may

8 may 1880-ci ildə ədəbiyyat tənqidçiləri tərəfindən müasir romanın banisi qəbul edilən, 19-cu əsr ictimai reallığını maraqlı şəkildə əks etdirən və dünya klassikləri arasına daxil olan Madam Bovarynin yazıcısı Qustav Flaubert (Gustave Flaubert) öldü.

***

1883-cü il mayın 8-de Bakı-Tiflis-Batum dəmir yolu xətti fəaliyyətə başlayıb.

İnşası üç il davam edən magistral Bakı neftinin Qara dəniz vasitəsilə Avropaya çıxışını, Azərbaycanın Rusiya imperiyası və Avropanın bazarları sıx iqtisadi əlaqələrini təmin etdi.

Həmin dövrdə qatarlar Bakıdan Tiflisə 550 km-lik yolu 18-20 saata qət edirdilər.

***

Atlantalı kimyaçı və əczaçı Con S. Pemberton 8 may 1886-cı ildə sonralar dünyanın ən məşhur içkisi halına gələn koka-kolanı (coco-cola) icad edib.

***

8 may 1902-ci ildə Martinique adasında yerləşən Pelee vulkanı püsdürdü. Buxar, duman, kül və yanan qazlar üç dəqiqədən daha qısa müddət ərzində St.Pierrə liman şəhərini məhv etdi, 30 min nəfər həlak oldu.

***

8 may 1987-ci ildə “On ildə rəsm”, “Şərqdə rəsm”, “Xatirələrdə damlalar” adlı kitabları da olan rəssam, muzeyçi və jurnalist Əlif Naci İstanbulda vəfat etdi.

***

1992-ci ilin 8 mayında erməni silahlı bölmələri Şuşanı işğal etdi. İşğal zamanı yerli əhalinin 193 nəfəri şəhid, 102 nəfəri isə əlil oldu, bir sıra tarixi-mədəniyyət abidələri, muzeylər, məscidlər düşmən tərəfindən talan edildi və yandırıldı. Azərbaycanın bu dilbər guşəsi 27 ildir ki, işğal altındadır.

***

1998-ci ildə Dövlət Sənətçiliyi ünvanına layiq görülən, kino sənətçisi və rejissor Zəki Alasya 8 may 2015-ci ildə həyatını itirdi.



Әlaqәli Xәbәrlәr