Tarixdə bu gün: 1 aprel

Tarixin bu günü harada nələr baş verib, kimlər xatırlanır? Qısaca nəzər salaq.

1173636
Tarixdə bu gün: 1 aprel

***

  Aprelin 1-i bütün dünyada Gülüş günü kimi qeyd olunur. Hesab edilir ki, bu ənənə Fransada yaranıb. Amma hələ qədim romalılar 17 fevralı Axmaqlar bayramı kimi qeyd edirdilər. Şərqi Hindistanda isə 31 mart Aldatma günüdür.

  1 Aprel Gülüş Günü ənənəsinə görə, bu gün hər bir adam, heç olmasa, bir nəfəri aldatmalıdır.

*** 

  1916-cı il aprelin 1-də türk xalqının cəsur sərkərdəsi Mustafa Kamal Atatürkə general rütbəsi verilib.

  Atatürkün komandanlıq etdiyi qoşunlar Türkiyənin azadlığı uğrunda aparılan bütün döyüşlərdə böyük rəşadət göstəriblər. 

***

  1 aprel 1921-ci ildə Türkiyənin Qurtuluş Savaşının mühüm qələbələrindən olan II İnönü zəfəri qazanıldı. Milli mübarizə prosesinin dönüş nöqtələrindən biri olan bu qələbədən sonra Fransa rəsmi Ankara ilə müqavilənin yollarını axtarmağa başladı.

***

  1924-cü ilin 1 aprelində Türkiyə Nazirlər Kabinetində qərara alındı ki, Topkapı Sarayı (İstanbul) mövcud əşyaları ilə birlikdə muzeyə çevrilsin.

***

  1 aprel 1924 Münhen çevriliş cəhdinə görə nasist lideri Adolf Hitler 5 il həbs cəzasına məhkum edildi.

***

  1949-cu ilin 1 aprelində Türkiyə İnsan Hüquqları Universal Bəyannaməsinə qoşuldu.

***

  1 aprel 1950-ci ildə BMT Qüdsün ikiyə bölünməsi planını qəbul etdi.

***

  1957-ci ilin 1 aprelində Qərbi Almaniyada alimlər nüvə silahları ilə bağlı çalışmaq fikrinə etiraz bildirilər.

***

 1 aprel 1969-cu ildə türkiyəli bəstəkar və müğənni

Münir Nurettin Selcukun

Amerikada verdiyi konsert

525 televiziya kanalı tərəfindən birbaşa yayımlandı.

***

  1979-cu ilin 1 aprel tarixində inqilab rəhbəri Xomeyni İranı İslam ölkəsi elan etdi.

***

  1 aprel 2009-cu ildə TRT-nin kürd dilində radiosu yayıma başladı.

***

1 apreldə həm də bu tarixi şəxsiyyətlər xatırlanır.

  Almaniyanın görkəmli siyasi xadimi Otto fon Bismark (Otto Eduard Leopold von Bismarck-Schönhausen) 1815-ci ilin bu günü dünyaya gəlib.

  Məhz Bismarkın səyləri nəticəsində 19-cu əsrin 70-ci illərində qüdrətli alman dövləti təşəkkül tapıb. (1815-1898)

***                                  

  Bu gün Azərbaycanın opera artisti, Əhməd Ağdamski kimi tanınan Əhməd Bədəlbəylinin xatirə günüdür.

  1884-cü ildə Azərbaycanın Qarabağ torpaqlarının mərkəzi Şuşada doğulan Əhməd kiçik yaşlarından xalq mərasim tamaşalarında iştirak edib.

  Səhnə fəaliyyətinə 1910-cu ildə “Nicat” xeyriyyə cəmiyyətinin truppasından başlayan Əhməd Bədəlbəyli Azərbaycanda qadın aktyorların yoxluğu ucbatından 1920-ci ilədək opera və musiqili komediyalarda əsasən qadın rollarını oynayıb.

  37 yaşından (1921) ömrünün sonunadək pedoqoji fəaliyyətlə məşğul olan aktyor 70 yaşında (1954) dünyasını dəyişib. (1884-1954)

***

 



Әlaqәli Xәbәrlәr