Tarixdə bu gün: 2 mart

Tarixin bu günü harada nələr baş verib? Qısaca nəzər salaq.

1155509
Tarixdə bu gün: 2 mart

  ***

  1882-ci ildə İngiltərənin Misiri ələ keçirməsilə Süveyş kanalının nəzarətinə sahib olması Avropada narahatlıq yaratmışdı. İşğala qədər kanal bütün ölkələrə açıq idi. Buna görə əlaqədar dövlətlər 2 mart 1888-ci ildə İstanbulda təşkil etdikləri qurultayda bir araya gəldilər və həll yolu tapdılar: tərəflər Süveyş kanalından bütün ölkələrin rahat istifadəsini təsdiqləyən müqaviləyə imza atdılar. Müqavilə həmin (1888) ilin 29 oktyabrdan qüvvəyə mindi.

***  

  Fantastik “Kinq Konq” filmi ilk dəfə 1933-cü ilin 2 martında Nyu-Yorkda nümayiş etdirildi.

  Filmin mövzusu Hind Okeanında Skull (başdaşı) adasında uzaq bir yerdə yaşayan nəhəng qorillanın ilk dəfə insanlarla qarşılaşması, sevgi hissləri, savaşla tanışlığı və adamların ona fərqli reaksiyalarından ibarətdir.  

  Qeyd edək ki, “Kinq Konq” filmi sonralar ayrı-ayrı ölkələrdə də müxtəlif versiyalarda çəkildi.

***

   1956-cı ilin bu günü Afrikanın şimalındakı Mərakeş krallığı müstəqilliyini elan edib. Bu ölkə 1912-ci ilədək Fransanın protektoratı olub. 

***

  2 mart 1990-cı ildə Cənubi Afrikanın ictimai nümayəndəsi Nelson Mandela (Nelson Rolihlahla Mandela) Afrika Milli Konqresinin sədri seçilib.

  1999-cu ilə qədər bu vəzifəni daşıyan N.Mandela ilk dəfə bütün xalqın qatıldığı seçkidə Cənubi Afrika Respublikasının prezidenti olub.

  Bütün ömrünü ayrı-seçkilik, irqçilik, yoxsulluq və haqsızlıqlarla mübarizə aparıb və 1993-cü ildə De Klerklə birlikdə Nobel Sülh Mükafatını qazanıb. (1918-2013)

***

  1992-ci ilin bu günü Azərbaycan dünyanın ən nüfuzlu beynəlxalq qurumlarından olan Birləşmiş MillətlərTəşkilatına (BMT) üzv qəbul olunub. Ötən illər ərzində ölkənin ən müxtəlif sahələrdə BMT ilə əməkdaşlığı geniş miqyas alıb.

***

  2 martda həm də bu tarixi şəxsiyyətlər xatırlanır.

  Bu gün tanınmış dövlət xadimi, Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin üzvü Əkbər Şeyxülislamovun xatirə günüdür. O, 1891-ci ildə anadan olub. Sankt-Peterburq Yol Mühəndisliyi İnstitutunda təhsil alıb. 1918-ci ildə Zaqafqaziya Seyminin üzvü seçilib və hökumətdə Daxili İşlər nazirinin müavini vəzifəsini icra edib.

  Azərbaycan Milli Şurasının üzvü kimi istiqlal bəyannaməsnin qəbul olunmasında iştirak edən Əkbər Şeyxülislamov Paris Sülh konfransına göndərilən Azərbaycan nümayəndə heyətinin də tərkibində olub.

  Cümhuriyyətin süqutundan sonra mühacirətdə yaşayıb. Parisdə nəşr olunan “Azərbaycan” jurnalında məqalələri ilə çıxış edib.

  1961-ci ildə dünyasını dəyişən Əkbər Şeyxülislamov Parisdəki müsəlman qəbiristanlığında dəfn olunub. (1891-1961)

*** 

  Türkiyə Milli Olimpiya Komitəsinin qurulmasına rəhbərlik edərək ölkənin olimpiadalarda təmsil olunmasını təmin edən təlimçi, idman idarəçisi və siyasətçi Səlim Sırrı Tarcankeçirdiyi infarkt nəticəsində 1957-ci ilin 2 mart tarixində həyatını itirdi.

  Səlim Qalatasaray liseyindən məzun olduqdan sonra mühəndislik təhsili alıb, daha sonra isə İsveç Krallığının Bədən Tərbiyəsi və Gimnastika Akademiyasını bitirib.

  İsveçdə olarkən yerli mədəniyyətlərin ictimaiyyətə qazandırdıqlarından heyran qalan Səlim Sırrı Tarcan Türkiyəyə - vətənə qayıtdıqdan sonra folklor çalışmalarına başlayıb. Egey bölgəsindəki Zeybək rəqsini İstanbula və bütün Türkiyəyə tanıdıb.

  Səlim Sırrı Tarcan İsveç musiqisi ritmində bu gün Gənclik Marşı kimi tanınan bir marş da yaradıb. O, bütün həyatı boyu 58 kitab, 2500 məqalə yazıb və idmanla bağlı 1520 konfransda iştirak edib.



Әlaqәli Xәbәrlәr