Tarixdə bu gün: 25 fevral

Tarixin bu günü harada nələr baş verib, kimlər olub, qısaca nəzər salaq.

1150831
Tarixdə bu gün: 25 fevral

***

  Eramızın 50-ci ilində Roma imperatoru Klavdi ikinci arvadı Aqreppinanın xahişi ilə Roma legionerlərinin Reyn çayı sahilindəki düşərgəsinə onun adını verib. Çünki Aqreppina məhşur sərkərdə Germanikin ailəsində məhz həmin düşərgədə anadan olmuşdu.

  Bu yaşayış məntəqəsi – “Aqreppinanın koloniyası” tez bir zamanda romalıların Şimali Avropada bünövrəsini qoyduğu iri şəhərlər sırasına daxil olur. Zamanla bu şəhərin adı ixtisar edilərək “koloniya”, yəni “müstəmləkə” şəklinə düşür. Sonralar isə frank dilli xalqlar onu Kolon, german dillilər isə Köln adlandırıblar.  

***

  1921-ci il 25 fevralda 11-ci Qırmızı Ordu Gürcüstana daxil oldu. Bununla da Qafqazda son müstəqil dövlət – Gürcüstan Respublikası süquta uğradı.                                                                              

***

  1961-ci ildə İran körfəzinin ən zəngin əmirliklərindən birinin – Küveytin müstəqilliyi elan edildi.  

***

  1964-cü ilin 25 fevralında Məhəmməd Əli  Klay Sonni Listonu məğlub edərək ağır çəkidə dünya üzrə boks çempionu oldu.

  Məhəmməd Əlinin müsəlman olmadan əvvəlki adı Kassi Martsel Kleydir (Cassius Marcellus Clay). O, Afrika əsilli Amerika boksçusudur.

  12 yaşında boksla tanış olan Məhəmməd Əli qısa müddətdə uğurlar qazanmağa başlayır. 18 yaşında qatıldığı Roma olimpiya oyunlarından qızıl medalla qayıdır. O, 1964-cü ildə ağır çəkidə dünya boks çempionu olduqdan sonra dinini dəyişərək müsəlman olur.

  Bəzi səbəblərdən uzun fasilələrlə boksdan ayrılmaq məcburiyyətində qalan, dəfələrlə dünya çempionu olan Məhəmməd Əli boks karyerası boyu cəmi 5 dəfə uduzub.

  Təkcə idmançı deyil, xarakteri və davranışları ilə də Məhəmməd Əli daim gündəmdə idi. Məsələn, "Vyetnamlılar mənə heç bir pislik etmədi ki, onlarla döyüşüm" deyə Vyetnam Müharibəsinə getmədi. Bu səbəbdən 5 il həbs və 10 min dollar pul cəzalarına məhkum edildi.

  Onunla bağlı digər yaddaqalan hadisələrdən biri də odur ki, 1960-cı il Roma Olimpiya Oyunlarından qayıtdıqdan iki gün sonra bir restoranda yalnız ağlara xidmət verildiyini öyrənincə, qızıl medalını Ohayo çayına atıb.

***

  Bir Qərbi İordaniya şəhəri olan Hebronda Barux Qoldşteyn (Baruch Goldstein) adlı bir yəhudi odlu silahla 29 fələstinlini öldürdu, 125-ini yaraladı. 25 fevral 1994-cü ildə törədilən bu qətliam tarixə "İbrahim məscidi qətliamı" olaraq düşdü.

  Qoldsteyn qəzəbli kütlə tərəfindən daşqalaq edilib və öldürülüb.  

***

25 fevralda həm də bu tarixi şəxsiyyətlər xatırlanır.

  Məhşur İtaliya dramaturqu Karlo Qoldoni (Carlo Goldoni) 1707-ci ilin bu günü anadan olub.

  İtaliya teatrında apardığı islahatlarla məhşur olan, 267 pyes yazan Qoldoni dramaturgiyasında əsas yeri maarifçilik ideyaları tutur.

***

  Türkiyənin ən böyük iş adamlarından biri olan Vehbi Koç 1994-cü ilin 25 fevralında Antalyada infarktdan vəfat edib.

  1901-ci ildə anadan olan Vehbi Koç hələ 16 yaşında ikən atasının onun üçün açdığı kiçik baqqal dükanında ayaqqabı rezini, şəkər, kaşar pendiri, zeytun, makaron kimi mallar sataraq ticarətə başlayıb. “Kommersiya” adı 1926-ci ildə dövlət qeydiyyatına düşəndən sonra ilk beynəlxalq şirkət müqaviləsini imzalayıb.

  İnkişaf edən Türkiyənin ehtiyaclarına görə daim yeni sahələrdə müqavilələr bağlayan Vehbi Koç o balaca dükanından ölkənin ən böyük holdinqlərindən birinə çevirdiyi Koç şirkətinin gəlirləri ilə 1984-cü ildən sosial layihələrə yönəlir.

  1987-ci ildə Beynəlxalq Ticarət Palatası Vehbi Koçu "İlin iş adamı" seçir və plaketi ona Yeni Dehlidə Hindistanın o zamankı baş naziri Raciv Qandi (Rajiv Gandhi) təqdim edir. 1994-cü ildə isə Birləşmiş Millətlər Təşkilatının Baş katibi Butros Butros-Qali (Boutros Boutros-Ghali) verdiyi töhfələrə görə ona "Dünya ailə planlaşdırma mükafatı"nı verdi.

  Vehbi Koç təcrübələrini paylaşmaq niyyətilə "Həyat hekayəm" və "Xatirələrim, fikirlərim, məsləhətlərim" adlı iki kitab da yazıb.

***



Әlaqәli Xәbәrlәr